EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:05.06.2019 21:12:49

Fələstinin Müqavimət Təşkilatı HƏMAS maraqlı açıqlama ilə gündəmə gəlib

Fələstinin Müqavimət Təşkilatı HƏMAS maraqlı açıqlama ilə gündəmə gəlib.

İslamazeri.com shahab-a istinadən xəbər verir ki, HƏMAS İsrail ilə son iki günlük müharibə zamanı 700 raket atdığını və İsrailin "Dəmir Qübbə" adlandırdığı Havadan Müdafiə Sisteminin zəif yerini təsbit etdiklərini açıqlayıblar.

İsrail mediası bu xəbəri yayımlayıblar.

HƏMAS bildirir ki, 30 saat ərzində İsrailə 700 raket atılıb ki, onlardan 85-i Aşkelona, 60-ı Beer Şeevə, 80-i isə Aşdoda tuş gəlib.

"Bizim sionist düşmənə ehtiyatda  hələ çoxlu sürprizimiz var", -deyə HƏMAS-ın açıqlamasında deyilir.

Qeyd edək ki, ötən ayın əvvəlində İsrail Fələstinə hücum etmiş, Müqavimətin sərt cavab zərbələri sionist rejimi HƏMAS-ın şərtlərini qəbul edərək atəşkəsə məcbur etmişdi.

Likud hərəkatının tanınmış üzvlərindən olan Qidon Saar atəşkəsi tənqid etmişdi -  "Atəşkəs hazırki vəziyyətdə, İsrailin irəliləməməyinin göstəricisidir. İsrailə  və vətəndaşlarına güclü hücumlar artır, bununla yanaşı Qəzzadakı terror qruplaşmaları güclənir. Hərbi əməliyyatların qarşısı alınmadı, lakin gecikdi.", -deyə Saar əlavə edib.

Kaxol-lavan partiyasının liderlərindən olan Yair Lapid isə atəşkəsə "690 raket, 4 ölü və baş nazir İsrail vətəndaşlarına açıqlama vermir - bu qorxaqlıqdır. Vətəndaşlarla danışın, nə baş verdiyini açıqlayın, Daxili Cəbhənin komandanlığını açıqlama verməsinə zəmin yaradın. Bu atəşkəs deyil, kapitulyasiyadır.Bu siyasi cəsarət deyil, qorxaqlıqdır. İsrail vətəndaşları ilə görüşməyə belə cəsarətləri yoxdur.", - deyə münasibət bildirmişdi.

Netanyahunun seçkilərdəki rəqibi, keçmiş qərargah rəisi Benni Qants da höküməti belə tənqid atəşinə tutmuşdu:  "700-ə yaxın raketlər İsrail əraizlərinə tuş gəlib. Çoxlu yaralı və 4 ölümüz var - bu hökümətin çəkinməsinin nəticələridir. Sonu isə HƏMAS-ın şantajlarına boyun əymək olacaq."



HƏMAS-dan sürpiz: İsrailin "Dəmir Qübbə"sini dəlməyə qadirik - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ