EURO 2,078 NEFT 68,53
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:02.10.2017 16:16:38

İranın Xaş məntəqəsinin Əhli-Sünnə Cümə İmamı Şəhnəvazi İmam Hüseynin (ə.s) dünyadakı bütün azad və hür insanlara aid olduğunu bildirərək, Əhli-Sünnə aləminin İmam Hüseyn (ə.s) və Əhli-Beyti (ə.s) sevdiklərini vurğulayıb.

İslamazeri.com "Shafaqna"ya istinadən xəbər verir ki, Xaş Cümə İmamı Mövləvi Məhəmməd Əli Şəhnəvazi verdiyi açıqlamada, İmam Hüseynin (ə.s) şəhadət ildönümü dolayısıyla başsağlığı verərək, İmam Hüseynin (ə.s) qiyamının müqəddəs İslam dininin əzəmət və haqqının simvolu olduğunu qeyd edib.

Xaş Əhli-Sünnə məscid imamı İmam Hüseynin (ə.s) şiələr, sünnilər və bütün azad insanlara aid olduğunu bildirərək, Əhli-Sünnə aləminin İmam Hüseyn (ə.s) və Əhli-Beytə (ə.s) xüsusi sevgi və məhəbbətləri olduğunu ifadə edib.

Əhli-Sünnə alimi sözlərinin davamında, İmam Hüseynin "yaxşılığı əmr et və pislikdən çəkindir" fərzini yaşatmaq üçün qiyam etdiyini vurğulayıb.

Şəhnəvazi həmçinin İran İslam Respublikasının ayıq və bəsirət sahibi xalqının daim İslam İnqilabı Rəhbərinin göstərişlərinə itaət edərək, İranın qlobal imperializm qarşısında zərrə qədər İslam prinsiplərinə güzəştə getməsinə icazə verməyəcəyini ifadə edib.


Əhli-Sünnə alimi: İmam Hüseyn bütün azad insanlara aiddir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
    Ailə qurmaq istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
     22.01.2018
     Xanım Zeynəbin (s.ə) mübarək mövludu Marneulidə qeyd edildi - FOTO
    Xanım Zeynəbin (s.ə) mübarək təvəllüdü münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti tədbir keçirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ