1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.03.2017 11:12:20

Tanınmış Əhli-beyt (ə) məddahı və ilahiyatçı Rasim Xudayi təhdid olunub

İslamazeri.az-a daxil olan məlumata əsasən Rasim Xudayinin telefonuna növbəti dəfə olaraq hədə xarakterli zəng gəlib. Rasim Xudayiyə yaxın olan şəxslərin verdiyi məlumata əsasən bir neçə gün bundan öncə Həzrəti Zəhra (ə.s) şəhadəti ilə əlaqədar keçirilən məclisdən çıxıb evə qayıdarkən telefonuna zəng gəlib. Kimliyi bilinməyən şəxs bundan sonra məclislərdə və mərasimlərdə bir daha dindar və ilahiyyatçı məhbusların azadlığı üçün dua etməməyi tələb edib. Əgər bu iş bir daha təkrarlanarsa daha sərt tədbirlər görüləcəyi qeyd edilib.

Əhlibeyt məddahının yaxınlarının sözlərinə görə,  bu, Rasim Xudayiyə olan ilk belə zəng deyil. Bundan öncə də ona bir neçə dəfə zənglər olub və təzyiqlərlə üzləşib. Təhdid edən şəxslərin kimliyi məlum deyil.


Əhli-beyt məddahı təhdid olundu - Azərbaycanda

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyənin köməyilə kürd dövləti qurmağa çalışırlar
    Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyası (YNK) rəhbərlik komissiyasının üzvü Ares Abdullah verdiyi açıqlamada, Kürdüstan Demokrat Partiyasının sadəcə Ərbil və Duhokta Türkiyənin köməyilə dövlət qurmağa çalışır...
     30.03.2017
    Çinli müsəlmanlara İslam ənənələrinə görə terrorçu damğası vurula bilər
    "Bu “kriteriyalar” yerli müsəlmanlara avtomatik olaraq “ekstremist donu” geyindirir."
     30.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ