EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:05.02.2019 13:55:50

İraq "Hizbullah"ının rəsmisi D.Trampın bəyanatını şərh edib.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İraq “Hizbullah”ının rəsmisi Cəfər əl-Hüseyni deyib ki, “əgər ABŞ İraq ərazisindən İran və ya Suriyaya hücum etmək qərarına gəlsə, biz onun əllərini kəsərik”.

İraqlı rəsmi bildirib ki, ABŞ prezidenti Donald Tramp İraq ərazisindən İrana hücum barədə əsla düşünə də bilməz.

İraq parlamenti ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsi ilə məşğul olduğu zamanda, müqavimət dəstələri heç vaxt sonsuzadək gözləməyəcək. İraqlı deputatlar ABŞ qoşunlarının ölkədən çıxarılması haqda qanun layihəsi hazırlamalıdır”, - deyə o bəyan edib.

Xatırladaq ki Tramp ötən günü bildirib ki, ABŞ qoşunlarını İraqdan çıxarmaq niyyətində deyil. “Biz İraqda bu hərbi bazanın tikintisinə böyük xərclər tökdük və bizim onu saxlamaq səbəblərimizdən biri də  İrana qarşı daha ehtiyatlı olmaq istəməyimdir. Çünki İran əsl problemdir”, - deyə Tramp əlavə edib.

Əl-Hüseyni Trampın son bəyanatlarını  İraqın rəsmi qərarına qarşı addım adlandırıb. Bu addım isə İraqın suverenliyinə zərbə endirir. O qeyd edib ki, ABŞ qüvvələrinin İraqın ərazilərində sərbəst hərəkət imkanı yoxdur və hücum etmək haqqı da yoxdur.

İran öz qüdrəti və imkanları ilə özünü qorumaq iqtidarındadır və ABŞ da bunu gözəl bilir”, - deyə əl-Hüseyni bildirib.


“Hizbullah”dan ABŞ-a: İrana hücum etsəniz, əllərinizi kəsərik!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xocalı faciəsinin canlı şahidi: “Gözümün önündə bibimi və övladını qətlə yetirdilər” - MÜSAHİBƏ
    O, 13 yaşında ən yaxın ailə üzvlərindən 71 nəfərini itirib.
     23.02.2019
    Bu şəxslərin duaları geri qaytarılmır
    Hədislərdən gələn məbələrə əsasən, bir dəstənin duası geri qaytarılmaz
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ