EURO 1,9906 NEFT 76,44
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:01.03.2018 12:27:33

Livan "Hizbullah" hərəkatı İsrail Ordusunun generalının öldürülmə əməliyyatını ilk dəfə yayımlayıb

İslamazeri.com xəbər verir ki, Livan "Hizbullah" hərəkatı özünün telekanalında bununla bağlı süjet yayıb.

Məlumata görə, 28 fevral 1999-cu ildə Suxal Han kəndi yaxınlığında İsraillə döyüş zamanı, "Hizbullah"ın hərbi qolu İsrail Ordusunun Briqada komandiri, general Erez Qerşteyni sionist ordusunun təhlükəsizlik tədbirlərinə baxmayaraq qətlə yetirib. Əməliyyata isə "Hizbullah"ın əfsanəvi komandirlərindən olan Əbu Mahmud Salmanın başçılıq etdiyi önə çəkilir.

İsrail tərəfi bu günə qədər, generalın sui-qəsd nəticəsində öldürüldüyün bildirirdi.

Erez Qerşteyn kimdir?

Erez Qerşteynin ailəsi Argentinadan İsrailə köç edib. O 1960-cı ildə doğulub və orta məktəbdən sonra İsrail Ordusunun xüsusi təyinatlı Dəniz komando birliklıərində xidmət edib.

Qolanidə zabit kursu keçən Qerşteyn quru qoşunlarına keçir. Birinci Livan Müharibəsinin aktiv iştirakçısı olur, hətta döyüşlərin birində yaralanır. Batalyon komandiri, daha sonra "Qolani" briqadasının komandiri vəzifəsinə təyin edilir. Daha sonra Livanla əlaqəli hərbi kəşfiyyat kimi "Yakal" adlı xüsusi təyinatlı birqadanın komandiri vəzifəsinə gətirilir. 28 fevral 1999-cu idə İsrailin nəzarətində olan Livan ərazisində döyüş zamanı o, sürücüsü və rabitəçisi ilə birlikdə öldürülür. 

 



"Hizbullah" İsrailin Ordu generalının öldürülmə əməliyyatını 19 ildən sonra yayımladı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş İslama dəstək üçün hicab taxdı
    Keşiş bu yolla sağçı-radikal partiya lideri Alis Veydelin sözlərinə cavab verib
     27.05.2018
    Vəhabi krallığın hava limanı uçan aparatla vuruldu, uçuşlar ləğv olundu - VİDEO
    Yəmən Ordusu Səud rejiminin Əbha hava limanının PUA-larla atəşə tutub
     27.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ