EURO 2,0152 NEFT 63,86
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.11.2017 11:09:19

Təhlükəsizlik sistemi olmayan qayıq əlavə yük tab gətirməyib.

Hindistanın Andra-Pradeş ştatının Vicayvada rayonunda Krışna çayından keçən turist qayığının aşması nəticəsində ən azı 16 nəfərin öldüyü bildirilir.

İslamazeri.com "Thehindu"-ya istinadlaxəbər verir ki, 30 yerlik qayıq 38 nəfərin minməsinə tab gətirməyərək aşıb. 20 nəfər xilas edilib. 9 nəfərin cəsədi çıxarılıb, digərləri isə itkin düşmüş hesab olunur. Ölənlər arasında qadın və uşaqlar da var.

Hindistanın fəlakətlərlə mübarizə üzrə qurumunun əməliyyat qrupu əraziyə ezam edilib.

İlkin məlumata görə, özəl qayığın sərnişin daşımağa lisenziyası olmayıb. Sağ qalan sərnişinlər onlara təhlükəsizlik jiletinin verilmədiyini bildiriblər. Turistlər yerli bayramlardan birini müşahidə etmək üçün Pvitra Sanqamam bölgəsinə doğru hərəkət ediblər. Hadisə baş verərkən çayın hər iki sahili bayramda iştirak etmək üçün toplaşmış insanlarla dolu olub.


Hindistanda turistləri daşıyan qayıq aşıb, 16 nəfər boğulub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ