EURO 2,0067 NEFT 75,3
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.10.2017 17:13:01

Səlahiyyətli qurumlar iki yaşlı dişi pələngin axtarışına başlayıblar.

Hindistanda dörd nəfəri parçalamaqda şübhəli bilinən pələngin ovuna start verilib.

İslamazeri.com "SkyNews"-a istinadla xəbər verir ki, Maharaştra ştatının Brahmapuri rayonunda iki nəfəri parçalamış, dörd nəfərə isə xəsarət yetirmiş pələng iyul ayında tutulsa da, təbiət qoruqçuları tərəfindən yenidən sərbəst buraxılıb. Lakin Bor təbiət yasaqlığına buraxılmış iki yaşlı dişi pələng yenidən iki nəfərə hücum edərək qətlə yetirib. Bor yasaqlığı yaxınlığındakı Penç pələng qoruğunun direktorunun sözlərinə görə, artıq insan ətinə vərdiş etmiş pələngin öldürülməsi barədə yerli məhkəmə qərar çıxarıb.

Bəzi ekspertlərin fikrincə, bir sıra yırtıcı heyvanlar insan parçaladıqdan sonra onlarda insan ətinə qarşı güclü meyil meydana gəlir və növbəti ovlarında yenidən insan ətinə üstünlük verirlər. Hazırda dünyada mövcud olan pələnglərin yarısı Hindistandakı təbiət qoruqlarındadır.


Hindistanda pələng dörd nəfəri parçalayıb - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın neft ixracatı azalıb
    İranın iyun ayının ilk yarısında xam neft ixracatı azalıb.
     18.06.2018
    Türk general Karakuş: S-400 sazişi ABŞ-ın təhdidlərinə reaksiyadır
    Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş generallarından Ərdoğan Karakuş Rusiyadan S-400 raketləri alqı müqaviləsinin ABŞ təhdidlərinə göstərilən reaksiya olduğunu bildirib.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ