1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:31.05.2017 16:49:11

Qütbşahlılar xanədanlığı və ya Qolkonda sultanlığı - soyu Qaraqoyunlu hökmdarı Qara İsgəndərə söykənən Hindistanda, Qolkondada (1518-ci ildən 1687-ci ilədək) hakimiyyətdə olmuş türk sülaləsi.

Cənubi Hindistanda iki böyük dövlətin - Bəhməni sülaləsi (fars-tacik) və Vicayanaqara (hind) racəliyinin uzun sürən çəkişməsi onların çökməsinə səbəb oldu. Bəhməni sultanlığı kiçik əmirliklərə bölündü. Varanqalanın sadiq hakimi Sultanqulu bəy bundan bəhrələndi. Qütbülmülk ləqəbli Sultanqulu bəy Baharlı bölünmüş əmirlikləri birləşdirib böyük bir səltənət yaratdı. Onun sultanlığı bütün Hindistan yarımadasını əhatə edirdi, Ərəbistan dənizindən Benqal körfəzinədək uzanırdı. Sultanqulu bəy Qütbülmülk yaratdığı dövlət Bicapurdan sonra Dekan vadisində ikinci böyük müsəlman dövləti idi.


Qara Yusifin siyasətini yürüdən bu Baharlı şahı islamın şiə məzhəbini dövlət dini hesab etdi. Qolkonda tez bir zamanda varlı bir ölkəyə çevrildi, dəniz ticarəti inkişaf etdi. Xarici ölkələrdən gələn gəmilər bu ölkəyə həvəslə yan aldılar. Sənətkarlıq, əsasən də toxuculuq inkişaf etdi. Polad məmulatların istehsalı ilə Qolkonda bütün Hindistanda tanındı. Qılınclar, ox və nizə ucluqları burdan bütün yaxın ölkələrə daşındı. Tarlalar çəkilən arxların hesabına bol məhsul verdi. Nəhayət, Qolkondada məşhur almaz yatağı tapıldı.


Qütbşahlılar dağların zirvələrində möhkəm qalalar ucaltdılar ki, ətəklərindəki şəhərlər yeri gələndə bu istehkamlardan istifadə etdilər. Sülalənin bütün üzvləri öz qədim adət-ənənələrini saxlayırdılar. Yerlərə hakimləri tanınmış türkman soylarından təyin edirdilər, yerli əhaliyə də hörmətlə yanaşırdılar. Hindistan tacirləri və möhtəkirləri bu dövlətdə təsirə malik idilər. Qolkondada yaşayan bütpərəst hindlilər Dekanın digər ölkələrindəki kimi təqib olunmurdular. Qütbşahlılar dövləti dönəmində şifahi xalq ədəbiyyatı və kitab mədəniyyəti inkişaf etmişdi. Qolkondanın sultanlarından biri Məhəmmədqulu Qütbşah böyük ədəbiyyatçı idi.Onun hakimiyyəti (1580-1619) zamanında mədəniyyət öz zirvəsinə çatdı. O, yerli xalqların adətlərinə hörmətlə yanaşırdı, ölkədə fars, urdu və telequ dillərində yazılı ədəbiyyat vardı. Məhəmmədqulu Qütbşahın əmri ilə Dekanda mütamadi olaraq hindi bayramları keçirilirdi. Şahın şerləri bu bayramlarda həvəslə oxunurdu.

1591-ci ildə Məhəmmədqulu Qütbşah Heydərabad şəhərini saldırdı və bu şəhər Qolkondanın paytaxtına çevrildi (bu şəhər hazırda Andhra-Pradeş ştatının inzibati mərkəzidir). Heydərabaddakı Qütbşahlılar sülaləsinin saray kompleksi müsəlman və hind memarlığının sintezidir.

Qütbşahlıların Qolkonda dövləti 1687-ci ildə Böyük Moğol İmperiyasının tərkibinə daxil oldu.

 

Qütbşahlılar sülaləsindən olan Qolkonda sultanlarının siyahısı

 

Sultanqulu bəy Qütbülmülk (1518 - 1543)
Cəmşidqulu bəy Qütbşah (1543 - 1550)
Sübhanqulu şah Qütbşah (1550)
İbrahimqulu şah Qütbşah (1550 - 1580)
Məhəmmədqulu şah Qütbşah (1580 - 1611)
Sultan Məhəmməd şah Qütbşah (1611 - 1625)
Abdullah şah Qütbşah (1625 - 1672)
Əbülhəsən şah Qütbşah (1672 - 1687)

 

Qolkonda sultanlığının əsasını qoyan Sultanqulu bəy Baharlı

 

Qütbşah Sultanqulu bəyin məqbərəsi

 

Qolkonda sultanlarının sarayı

 

Sultan Məhəmməd Qütbşah türbəsi

 

Məhəmmədqulu Qütbşah 1591-ci ildə Hindistanın Heydərabad şəhərinin əsasını qoymuşdur

 

Məkkə məscidinin əsası 1617-ci ildə Sultan Məhəmməd Qütbşah tərəfindən qoyulmuşdur.

 

Mənbə: Vikipediya


Hindistanda 150 il hökm sürmüş azərbaycanlı, şiə xanədanlığı - Qütbşahlar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ