1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.08.2017 10:29:59

Hindistan irqçi buddist Myanma və Banqladeşlə Arakan müsəlmanlarını deportasiya etmək üçün danışıqlar aparır. Hindistan "qeyri-qanuni" bir şəkildə yaşadıqları səbəbilə 40 min arakanlı müsəlmanı deportasiya etməyi planlaşdırır.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, hökumətin mətbuat katibi Hindistanda qeyri-qanuni bir şəkildə yaşadıqları səbəbilə 40 min arakanlı müsəlmanı deportasiya etmək planları üçün Banqladeş və Myanma ilə danışıqlar apardıqlarını bildirib. On minlərlə Arakan müsəlmanı əksəriyyəti buddist olan Myanmada 1990-larda onlara edilən zülmdən qaçaraq Banqladeşdə yaşamağa başlamışdı, bəziləri daha sonra hinduların əksəriyyətdə olduğu Hindistana keçmişdi. Daxili İşlər Nazirliyinin mətbuat katibi K.S. Datvalia Myanma və Banqladeşlə Hindistanda yaşayan sadəcə 14 minə yaxın arakanlının BMT-nin Qaçqınlar Agentliyində (UNHCR) qeydiyyatda olduğunu, yerdə qalanının qeyri-qanuni olduğunu və bu insanları geri göndərməklə borclu olduqları məsələlərini görüşdüklərini, məsələnin yaxında daha da dəqiqlik qazanacağını deyib. Hindistanın daxili işlərdən məsul dövlət naziri Kirenricicu parlamentdə verdiyi açıqlamada, federal hökumətin əyalət hökumətlərini qeyri-qanuni qalan əcnəbi əsilli sakinləri müəyyən etmək və ölkədə icazəsiz yaşayan əcnəbi əsilli olanları deportasiya etmək tapşırığını verdiyini bildirib.


Hindistan 40 min müsəlmanı deportasiya edəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azyaşlı müsəlman uşağın raketi NASA-nın xoşuna gəldi - FOTO
    NASA 5 yaşlı müsəlman uşağın məktubuna cavab verib.
     21.08.2017
    Qeyri-adi hotel; Burda insan özünü... FOTO
    Taylandın paytaxtı Bankokda istifadəyə verilən yeni hotel görənləri təəccübləndirir.
     21.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ