1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:07.04.2018 17:10:55

Azərbaycan cüdoçusu Hidayət Heydərov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində yarımfinala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançı mübarizəyə 1/16 finaldan başlayıb. 

O, ardıcıllıqla avstriyalı Lukas Reyter, rusiyalı Feliks Qaluayev və iranlı Məhəmməd Məhəmmədiyə qalib gəlib.

H.Heydərov yarımfinalda cənubi koreyalı Çanqrim An ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması Qran-priyə 10 cüdoçu ilə yollanıb. İlk yarış günündə mübarizə aparan 5 idmançıdan heç biri medal qazana bilməyib. Turnirə aprelin 8-də yekun vurulacaq.


Hidayət Heydərov Qran-pri turnirində yarımfinala vəsiqə qazanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "İmam Hüseyn" deyəndə ağlınıza ilk nə gəlir?
     19.09.2018
    İlham Əliyev onları təltif etdi - SİYAHI
    İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ