EURO 1,9483 NEFT 54,49
USD 1,8311 RUB 0,0308
  1. http://www.islamazeri.az/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:06.12.2016 09:40:21

Orta əsr karvan ticarət yolu üzərində yerləşən 17-ci əsrin əvvəllərində inşa edilmiş hal-hazırda “İmam Əli” məscidi kimi tanınan məscidin ərazisində yerləşən qəbirlər üzərində epiqrafik yazılara rast gəlinir...

Orta əsr karvan ticarət yolu üzərində yerləşən 17-ci əsrin əvvəllərində inşa edilmiş hal-hazırda “İmam Əli” məscidi kimi tanınan məscidin ərazisində yerləşən qəbirlər üzərində epiqrafik yazılara rast gəlinir. Bu yazı-ları oxumaqla müəyyən qədər həmin qəbir abidəsinin tarixi, qəbirin sahibi, peşəsi və.s barədə məlumatlar əldə etmək mümkündür.

1-ci qəbir abidəsi üzərində yazı olmayan,sadəcə rəsmlər olan bir abidədir. Bu abidənin üzərində 3 ədəd aftafa rəsmi vardır ki, bunlardan ikisi aydın olaraq aftafaya bənzəyir, digərinin quruluşu bizə onu aftafaya bən-zətməyə imkan yaradır. Bundan başqa 1 daraq rəsmini açıq-aydın sez-mək olur. Digər rəsmlər isə o dövr məişət əşyalarına bənzədiyi üçün onun barəsində məlumatım yoxdur. Abidənin üzərində aşağı sağ küncdə pozulan hissədə 1 cüt (2 ədəd) qadın ayaqqabısı da vardır.Yuxarıda isə 1 cüt sırğaya və 1 ədəd də boyunbağına bənzər əşya vardır. Aşağı sol küncdə orta əsrlər dövrünə mənsub sandıq rəsminə bənzəyən rəsm vardır. Orta sol küncdə isə fayton arabasına bənzər rəsm vardır. Bütün bu piktoqrafik yazılar bizə bu qəbr abidəsinin bir varlı ailəsinə mənsub olan xanıma aid olmasını bildirir. Lakin həmin şəxsin kimliyi barədə abidədə yazı və nişanə yoxdur.

2-ci qəbir abidəsinin üzərində dağıntıya məruz qaldığından sadəcə “əmr”, “hacı əbd...” sözlərini oxumaq mümkündür. Bu yazılarda nöqtələri ona görə qoydum ki, buradakı kəlməyə aydınlıq gətirilməlidir. Diqqət edək: Ərəb dilində “əbd” kəlməsi “qul” deməkdir. “Əbd” kəlməsin-dən sonra əlif hərfi gəlir. Bu isə Allah kəlməsinin qarşısında gəlir. “əbd” kəlməsinin yazıldığı hissənin davamının dağılmasını və yalnız “əlif” hərfi qalmasını nəzərə alsaq, bu ad tam olaraq belə olur: “Əmr” və “Hacı Əbdullah”.

3-cü abidədə isə yalnız bu kəlmələri oxuya bildim: “həzəl qabri əl-mərhum...” yazılıb. “mərhum” sözünün davamı sətrin aşağı hissəsində yazılmışdır. Yenə də nöqtələrin yeri dağıntıya məruz qaldığından ya oxunmur, ya da nöqtələr görsənmir. Qeyd edək ki,ərəb dilində nöqtələr rol oynayır.

 

Orxan Qarayev İslamazeri.az saytı üçün


Həzrəti Əli (ə) məscidinin ətrafındakı qəbir abidələri üzərindəki epiqrafik yazılar - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hindistanda məktəbliləri daşıyan avtobus dəhşətli qəzaya uğradı - VİDEO
    Qəza nəticəsində 60-a yaxın insan ölüb və yaralanıb.
     19.01.2017
    “Şəhidlərin qanlı paltarı bu gün də saxlanılır”
    "O zaman millətin oğulları dedilər ki, Kirovun heykəli Dağüstü parkdan götürülməlidir və şəhidlər orda dəfn olunmalıdır və belə də oldu”.
     19.01.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ