EURO 2,0063 NEFT 57,42
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:22.09.2016 17:55:30

Xəbər verdiyimiz kimi "Aprel döyüşlərində" şəhid olan əsgərimizin heykəli hazırlanıb.

Bu işi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin müəllimi Rahib Qarayev həyata keçirib. Lakin yerli medianın yaydığı kimi R.Qarayev şəhid Samir Kaçayevin müəllimi deyil. O, akademiyada heykəltaraşlıq üzrə təhsil tədris edənlərdən biridir. Bunu Rahib bəy İslamazeri.az-a açıqlamasında deyib. 

R.Qarayevdən digər şəhidlərimiz heykəlinin hazırlanması barədə planlarının olub-olmamasını soruşduq. O, bunun çətin başa gəldiyini və çox zaman sərf olunduğunu bildirdi. S.Kaçayevlə aralarında dostluq münasibətlərinin olduğunu deyən müəllim, aylardır bu işi tək gördüyünü söylədi. "Samir şəhid olduqdan sonra dostlarla danışdıq, məsləhətləşdik ki, onun heykəlini hazırlayaq. Belə qərara gəldik ki, bu işi mən görüm. Heykəl hazırlamaq belədir ki, bir neçə nəfərlə işləmək alınmır". 

Rahib bəy bildirdi ki, şəhidin 40 mərasimi olmamış onun valideynlərindən buna görə icazə alıblar. Atasının razılığından sonra müəllim abidə hazırlamağa başlayıb. Sözügedən heykəl yaxın zamanda Şamaxı rayonunda Samirin məzarının üzərində qoyulacaq.

Samir Kaçayev 2016-cı ilin aprelin 2-də cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olub.


Heykəltəraş digər şəhidlərə abidə hazırlayacaqmı? - AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-ın keçmiş və indiki dövlət rəsmiləri Trampdan narazıdır
    Həmçinin son aylarda Trampın balanssız hərəkətlərindən ötrü hökumət rəsmilərindən bəziləri öz vəzifələrindən istefa veriblər.
     19.10.2017
    Liviyadan Avropaya yanacaq qaçaqmalçılığı edən şəbəkə - VİDEO-TƏFƏRRÜAT
    Siciliya polisi Liviyadan yanacaq qaçırıb İtaliya üzərindən Avropanın müxtəlif ölkələrinə paylayan bir şəbəkəni çökdürüb.
     19.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ