1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:10.04.2017 10:58:21

Böyük britaniyalı kolleksiyaçı aldığı tankın içərisindək maraqlı tapıntı ilə rastlaşıb.

İslamazeri.com-un  “The Sun”- a istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyadan olan kolleksiyaçı Nik Mid “eBay”-də 37 min dollara aldığı Sovet istehsalı T-54 tankının yanacaq çənində qızıl külçələri tapıb.

Mid tankın içərisində döyüş sursatlarının qalıb-qalmamasını yoxlamaq üçün axtarışa başlayan zaman maraqlı tapıntı ilə rastlaşıb. Yanacaq çəninin qapağını çıxardıqdan sonra, o, orada 5 ədəd qızıl külçəsi görüb. İlkin qiymətləndirməyə əsasən, onların dəyəri təqribən 2,5 milyon dollardır.

Kolleksiyaçı bildirib ki, aldığı T-54 tankı İraq Silahlı Qüvvələrinə aid olub və 1990-1991-ci illərin Fars körfəzi müharibəsində də iştirak edib. Tank, döyüş zamanı beynəlxalq koalisiyanın qoşunları tərəfindən tutulduqdan sonra, Böyük Britaniyaya aparılıb. Midin fikrincə, iraqlı hərbçilər Küveytdəki anbardan götürdükləri qızılı çəndə gizlədiblər.

Biz, nə edəcəyimizi bilmirdik. Axı belə asanlıqla əldə 5 qızıl külçəsi ilə mübadilə məntəqəsinə getmək olmaz. Buna görə də polisə zəng etdik.”, - deyə Mid qeyd edib.

Hüquq-mühafizə orqanları, qızılı müsadirə etmək qərarına gəlib. Midin sözlərinə görə, hətta qızılı qaytarmasalar belə kefini pozmayacaq, çünki hər halda tank onun özündə qalacaq.


Hərracda aldığı Sovet tankının içərisindən qızıl külçələr tapdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ