EURO 2,0032 NEFT 63,42
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.08.2017 15:05:36

ABŞ-da aparılan araşdırmaya görə, 12 illik müddətdəABŞ-dakı spirtli içki aludəçilərinin sayı 49 % artıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, alkoqolun insan orqanizminə olan zərəri tibb sahəsində aparılan yeni araşdırmalarla ortaya çıxmağa davam etdiyi bir zamanda spirtli içkilərdən asılı olanların sayı artır.

ABŞ-da 2002-2013-cü illər arasında edilən həddindən artıq spirtli içki istehlakı sorğularını araşdıran ABŞ Tibb Cəmiyyətinə bağlı bir araşdırma firması hər 8 ABŞ-lıdan birinin spirtli içki aludəçi olduğunu bildirib. 12 illik müddət ərzində təhlükəli həddə alkoqol istehlakı edən ABŞ-lıların 49 % nisbətində artdığı bildirilən araşdırmada 29 milyon ABŞ-lının alkoqola görə sağlamlıqlarını təhlükəyə atdıqları ifadə edilib.

Bu asılılığın azaldılması üçün bu problemi yaşayanların məlumatlandırılması və həddindən artıq spirtli içki istifadəsinin yaradacağı problemlərin konkret dəlillərlə aludəçilərə izah edilməsi lazım olduğunu vurğulayan alimlər, həddindən artıq spirtli içki istehlakında problemin mənbəyinə düşülməsini vurğulayıb.

ABŞ-da hər il 88 mindən çox insan həddən artıq alkoqol istifadəsilə əlaqədar xəstəliklər səbəbiylə həyatını itirir və illik 200 milyard dollar spirt istehlakına sərf edilir.


Hər 8 ABŞ-lıdan biri spirtli içki aludəçisidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ