EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:04.06.2017 17:15:12

Peyğəmbər (s) öz kəlamlarının birində buyurur: “Sizin ömrünüzün bəzi anlarında xüsusi ilahi küləklər əsir. Çalışın özünüzü o küləklərə tərəf yönəldin.”

"Bağışlayan və Mehriban Allahın adı ilə...

Dünya yaranandan haqq ilə batilin mübarizəsinə şahid olub. Əsrlərin keçməsinə baxmayaraq, bu mübarizədə bəzən qələbəyə layiq olan haqq, bəzən isə layiq olmadığı halda hiylə və digər vasitələrlə üstünlük qazanan batil qələbə çalıb. İlahi şəxsiyyətlər bu mübarizənin 2 meydanı olduğunu bildirib. Biri torpaq, digəri qəlb. 
Sonuncu peyğəmbərin buyurduğuna əsasən, qəlb meydanında gedən savaşın əhəmiyyəti daha çoxdur və Allah dərgahında müqəddəsdir. Belə mübarizənin xairici aləmdə olan düşmənlərlə mübarizədən daha fəzilətli olmasının səbəbi budur ki, fərdlər şəxsiyyət kimi formalaşmasa, cəmiyyətin düşmənlə mübarizəsi faydasız olar. Peyğəmbər (s) öz kəlamlarının birində buyurur: “Sizin ömrünüzün bəzi anlarında xüsusi ilahi küləklər əsir. Çalışın özünüzü o küləklərə tərəf yönəldin.” Belə fürsət və küləklərdən biri  mübarək Ramazan ayıdır. Bu ayda biz elə bir daxili düşmənə qalib gəlmək üçün xüsusi fürsət əldə edirik ki, onun məğlubiyyəti xarici düşmənə qarşı mübarizə aparmağa müqəddimədir. Yəni bu ay haqqın qalibiyyəti ilə batini mübarizə meydanlarının gülüstana çevrilmə zamanıdır. Həqiqətən də hansı nemət solmuş ruha ilahi ziyafət üçün açılan süfrədə mənəviyyat suyu ilə həyat verən aydan daha üstün ola bilər? Cəhl və qəflətlə dolu olan bir mühitdə, insanı dünya əsirliyindən azad edib, həqiqi azadlıq məqamı olan bəndəlik barədə düşünməyə vadar edən bir aydan daha üstün hansı nemət ola bilər? Bu ay həqiqətən də ilahi məktəbin ustadlarındandır. Çoxlarının dərk etmədiyi bu ilahi şah əsərdə bədən aclıq və susuzluq, ruh isə başda şəhvət olmaqla digər nəfsə xoş gələn hislər müqabilində müqavimət edir. Allah sanki insanı Qiyamət günü olan imtahana hazırlamaq üçün xüsusi kurs açaraq insanlarla təmənnasız şəkildə məşğul olur. Bu kursda insana aşılanan ilkin düstur budur: “Əgər ruh və cisminin birləşməsini və ilahi dərgaha mütməin (arxayın) nəfs kimi qədəm qoymaq istəyirsənsə, ilk öncə ruh və cismini əsiri olduqları bağlılıqlardan azad etməlisən. Onları fərd olaraq cilalamalısan ki, cəm olaraq ilahi eşqə tərəf yönələ bilsinlər. Bu da müqavimətlə və bu hədəfə xələl gətirəcək şeylərə qarşı mübarizə elan etməklə reallaşar. Elə bu səbəbdən ruh və cisminin bəyəndiyi bu şeylərdən çəkin.” İlahi məktəbdə insanın ruh və cisminin vəhdət təşkil etməsi və bununla da meydanda mənəvi hakimiyyətin bərqərar olması üçün müqavimətin zəruriliyi, digər fundamental prinsiplərdən hesab edilən ədalətli hakimiyyətin qurulması və bu hədəf uğrunda vəhdətin yaranması üçün də, müqavimətin zəruriliyinə sanki bir işarədir. Necə ki, böyük mübarizə meydanı olan qəlbdən qalib ayrılmaq müqavimətsiz mümkün deyilsə, kiçik meydan olan torpaqdan da qalib ayrılmaq müqavimətsiz mümkün deyil. Allah bizim bu ayda hər iki meydanda olan müqavimətimizi gücləndirməyə yardımçı olsun. Vəssələmu ələykum və rəhmətullahi və bərəkatuh."

İlahiyyatçı Abgül Süleymanov


Həqiqi oruc insanı dünya əsirliyindən azad edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Onlar istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar."
     24.06.2017
    Afrikadakı İslam Respublikasında da Qüds günü qeyd edilib
    İslamazeri.com "Al Alam"a istinadən Afrikada yerləşən müsəlman dövləti Mavritaniyada keçirilən Qüds günü ilə bağlı yürüyüş və tədbirlərdən fotoları təqdim edir.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ