EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:31.10.2017 17:36:51

İran səhiyyəsi hepatit c virusu ilə bağlı ciddi yenilik əldə edib. Belə ki, İran həkimlərinin ixtira etdikləri yeni həb formasında olan dərman vasitəsilə 3 ay ərzində bədəndə olan hepatit c virusu tamamilə aradan aparılır.

Bu barədə “İslaminSesi”nə Təbriz Tibb Universitetinin direktoru, professor Doktor Məhəmməd Hüseyn Soumi məlumat verib. Doktor Souminin sözlərinə görə, əvvəllər hepatit “C” virusunun sağaldılması ilə bağlı çətinlikləri vardı:
“Lakin son illər ərzində iranlı mütəxəssislərin çalışmaları nəticəsində həb formasında olan bir neçə dərman pereparatı əldə etmişik ki, həmin dərman vasitəsilə 3 aylıq kurs nəticəsində “hepatit c” virusunu insanların bədənindən tamamilə çıxara bilirik.”

“Heptatit B” ilə bağlı isə vəziyyətin isə bir qədər fərqli olduğunu söyləyən professor, “hələ ki, “hepatit B”-nin C virusu kimi bədəndən çıxarılması tamamilə mümkün deyil. Lakin “Hepatit B” ilə bağlı da effektiv müalicə üsullarımız vardır ki, həmin virusu bədəndə dondura bilirik.

Qeyd edək ki, sözügedən dərmanların qiyməti ilə bağlı Təbrizdə olduğumuz müddətdə qısa bir araşdırma apardıq. Araşdırmalarımız zamanı məlum oldu ki, 3 aylıq müalicə kursu üçün istifadə ediləcək dərmanların ümumilikdə qiyməti 500-600 manat civarındadır. Əlavə xərclər də ümumilikdə nəzərə alınsa təxminən 1000 manata qədər xərcin çıxması mümkündür.


“Hepatit C” virusundan əziyyət çəkən xəstələr az müddətə tam sağala biləcəklər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ