EURO 1,9369 NEFT 61,71
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2018 22:09:31

Eks-terrorçu "Əl-Qaidə"dəki vaxtlarından danışıb.

İslamazeri.com-un “Fox News” telekanalına istinadən verdiyi xəbərə əsasən, “Əl-Qaidə” terror təşkilatının keçmiş üzvü Brayan Nil Vinas terrorçuların “olduqca darıxdırıcı həyatının” olması haqda danışıb.

Nyu-Yorkda anadan olmuş və 2007-ci ildə 24 yaşında olarkən “İslam” dinini qəbul etmiş terrorçu deyib ki,  Pakistanda terrorçuların düşərgələrində yaşadığı zamanlar ürəyi sıxılırdı.

Vaxtının böyük hissəsini o, “dini məktəbdə” keçirməli və tapança və avtomatların quraşdırılmasını məşq etməli idi.

Vinasın sözlərinə görə, bu səbəbdən də “Əl-Qaidə”dəki oğlanların əksəriyyəti məyus oldular”. Vinas əlavə edib ki, terror təşkilatı çox az sayda əməliyyat keçirirdi və keçirilən əməliyyatlar da “elə də yaxşı olmurdu”.

Xatırladaq ki, Vinas 2008-ci ildə həbs edilib. O, ABŞ hökuməti ilə əməkdaşlıq etməyə razılıq verərək, terrorçuların fəaliyyətinə dair müxtəlif məlumatlar təqdim edib.

KİV-lərin “ABŞ-a da, terrorçulara da xidmət etmiş” adlandırdığı eks-terrorçu 2017-ci ildə həbsdən azad edilib.


Həm ABŞ, həm də vəhabilərə qulluq etmiş eks-terrorçudan maraqlı etiraf

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda külək ağacı və su çənini maşınların üzərinə aşırdı - FOTOLAR
    Kəskin hava şəraiti ilə əlaqədar Günəşli ərazisində yerləşən yaşayış binalarından birinin qarşısında ağaclar aşıb.
     18.01.2019
    Sürücülərə xəbərdarlıq: 500-800 manat cərimə olunacaqsız - VİDEO
    ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.
     18.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ