EURO 1,9245 NEFT 65,37
USD 1,7 RUB 0,0252
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:15.10.2018 14:54:58

Asim Mollazadə Oqtay Şirəliyevə çağırış etdi

Azərbaycanda daha bir xəstə - 34 yaşlı Samir Dəmirov həkim səhvinin qurbanı olub. "Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan sonra dünyasını dəyişən S.Dəmirovun ailəsi iddia edir ki, onun ölümünə məhz həkim səhvi səbəb olub.

Qeyd edək ki, son dövrlər həkim səhvi ucbatından dünyasını dəyişən xəstələrin sayı durmadan artır. Demək olar ki, hər həftə bu cür xəbərlərə rast gəlirik.

Bəs görəsən müvafiq qurumlar, konkret olaraq Səhiyyə Nazirliyi insan faciəsi ilə nəticələnən bu cür hallara qarşı hansı səbəbdən yetərli mübarizə aparmır?

Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə bildirdi ki, bu kimi halların baş verməsi bu sahədə olan boşluqlardan qaynaqlanır:

"İlk növbədə Azərbaycanın təhsil sistemində, o cümlədən tibbi təhsil sistemində olan qüsurlar bu kimi halların meydana çıxmasına rəvac verir. Bunun əsas səbəbi Azərbaycanın səhiyyə sistemində həkimlərin fəaliyyəti ilə bağlı müvafiq protokolların olmamasıdır. Çünki dünyanın bütün inkişaf eləmiş dövlətlərində həkimin hər bir hərəkəti müvafiq protokollarla tənzimlənir. Yəni o protokolun xaricində fəaliyyət göstərən həkimləri çox ciddi cəza gözləyir Bəzi hallarda isə onların həkimlik fəaliyyətinə qadağa qoyulur. Çox təəssüf ki, bizdə hələ bu sistem oturuşmayıb. O səbəbdən də bu cür xoşagəlməz hadisələr ortaya çıxır”.

"Azərbaycan səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır” deyən millət vəkilinin sözlərinə görə, buna çox ciddi ehtiyac var:

"Mən bu məsələni dəfələrlə Milli Məclisin tribunasından səsləndirmişəm. Açıq etiraf edim ki, lazımi cavablar da almamışam. Biz çox istərdik ki, bu istiqamətdə çox ciddi addımlar atılsın. Və mən buradan üzümü Səhiyyə naziri Oqtay Şirəliyevə tutub onu və rəhbərlik etdiyi qurumu bu kimi hallara qarşı mübarizə aparmağa səsləyirəm”.

“HÉ™kim qurbanı olan xÉ™stÉ™lÉ™rin ölüm sÉ™bÉ™bi…” - Asim MollazadÉ™ Oqtay Ã…irÉ™liyevÉ™ çağırıÅŸ etdi


“Həkim qurbanı olan xəstələrin ölüm səbəbi...” - Deputatdan nazirə ÇAĞIRIŞ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
     13.11.2018
    Müəllim qalstuksuz gələn tələbələri döydü - VİDEO
    Hadisə Özbəkistandan baş verib.
     13.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ