1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:07.04.2017 14:34:00

Suriyada aprel ayının 4-ü baş vermiş kimyəvi hücumun qaranlıq tərəflərinə baxış.

İslamazeri.com müxtəlif saytlardan məlumat və təhlilləri bir araya gətirərək, bu təhlili təqdim edir:

Xan-Şeyxun hadisələri ilə bağlı analitiklərdə əmələ gələn ilk sual budur: “Axı Əsədin necə kimyəvi silahı ola bilər?”. 2014-cü ildə kimyəvi silahlar və onun daşınmasında istifadə edilən vasitələr Suriya ərazisindən çıxarılıb, ya da ki, məhv edilib. “Kimyəvi Silahların Qadağa edilməsi Təşkilatı” da bununla bağlı olaraq hesabat da vermişdi...

Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadə olunmasına dair bütün ittihamlar əsassızdır. Bu haqda Suriyanın BMT-dəki daimi nümayəndəsinin müavini Monzer Monzer aprel ayının 6-sı İdlibdəki vəziyyətlə bağlı keçirilmiş Təhlükəsizlik Şurasının iclasında açıqlama verib.

Həmçinin Əsədin kimyəvi silahdan istifadə etməsinin (var olduğunu fərz etsək) həm siyasi, həm də hərbi nöqteyi nəzərdən nə qədər məqsədə uyğun olması da şübhələrə səbəb olur.

Siyasi nöqteyi-nəzərdən Əsəd heç vaxt belə bir addım atmazdı: Hazırkı vəziyyətdə kimyəvi silahdan istifadə intihara bərabərdir. Hərbi nöqteyi-nəzərdən isə bu mümkünsüzdür, çünki bütün hərbi ehtiyatlar məhv edilib.”, - deyə Q.V. Plexanov adına Rusiya İqtisadi Universitetinin Politologiya və Sosiologiya kafedrasının müdiri, Hərbi Politoloqlar Assosiyasının mütəxəssisi Andrey Koşkin bildirib.

"Russia Today" yazır ki, son həftələrin xarici siyasi vəziyyəti rəsmi Dəməşqin xeyrinə idi və Əsəd tərəfindən kimyəvi silahın istifadə ediləcəyi ehtimalı da yox idi. Ağ Ev öz mətbuat katibinin dili ilə bildirmişdi ki, ABŞ-ın Suriyada əsas prioriteti İŞİD-lə mübarizədir, Bəşər Əsədin istefası yox. Eyni mövqeyi ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli və dövlət katibi Reks Tillerson da səsləndirmişdilər.

Bu kimyəvi hücum, ABŞ Suriya münaqişəsinə olan baxış bucağında mühüm dəyişikliklər etdikdən bir həftə sonra baş verib. Belə bir şəraitdə kimyəvi hücum etmək Əsəd hakimiyyətinin nəyinə gərəkdir? Belə bir addımın heç bir mənası yoxdur: nə siyasi, nə də hərbi...”, - deyə Almaniya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Rayner Rapp bildirib.

Yaxın Şərq və Mərkəzi Asiya Ölkələrinin Tədqiqi Mərkəzinin direktoru Semyon Baqdasarovun sözlərinə görə, Suriya ordusu tərəfindən kimyəvi silahdan istifadə heç bir məntiqə uyğun gəlmir: Suriya ordusu silahlanmada mütləq üstünlüyə sahibdir. Əsəd qüvvələri kimyəvi silahsız da uğurlu şəkildə irəliləyir və zəhərləyici maddələrin dinc insanların yaşadığı şəhərə atılması tamamilə məntiqdən kənardır.

ABŞ-ın başçılıq etdiyi koalisiyanın isə Mosulda problemləri var. Üstəlik koalisiyada kimyəvi silahı olan kifayət qədər ölkə var.”, - deyə hərbi analitik Konstantin Sivkov deyib.

 

Sualın düzgün qoyuluşu

Hadisələrin episentrində olmuş “Ağ Dəbilqəlilər”ın faciəyə dair təqdim etdiyi “sübutlarda” çoxlu suallar doğurur. “Oskara layiq” “xilasedicilərin” kadrlarında partlamış mərminin yaratdığı çuxur görünür. Lakin, hərbi mütəxəssis Viktor Litovkin bildirir ki, kimyəvi maddə ilə təchiz edilmiş aviasiya bombaları, adətən yerə yaxın məsafədə partlayırlar və özündən sonra da çuxur yaratmırlar. Amma əgər, belə bir bomba (onun çəkisi isə minimum 250 kq olur) yerə düşsə, o zaman yaranmış çuxur kadrlarda görünən çuxurla müqayisə olunmayacaq qədər böyük olar.

Kifayət qədər qəribədir ki, ötən sutka ərzində “atılmış” aviabombanın bir dənə də olsun qəlpəsi tapılmayıb. Axı, məhz həmin qəlpələr mərminin mənşəsinin dəqiqləşdirilməsinə yardım edə bilər.

Bombanın hissələri - “quyruğu”, konstruksiyanın hissələri və divarcıqları qalmalıdır. Heçnəyin aşkar edilməməsi (tapılmaması) isə ağla təxribatın törədilməsi haqda fikirlər gətirir: kimlərsə içərisində zəhərləyici olan butulka və ya bankanı gətirib, sındırıb və ya töküb (boşaldıb), gediblər.”, - deyə Litovkin qeyd edib.

“Reuters” agentliyi Londonda qurulmuş “Suriya İnsan Haqlarına Əməl edilməsinin Monitorinqi Mərkəzinə” istinadən xəbər verib ki, guya “Rusiya və ya Suriyaya məxsus təyyarələr” İdlib əyalətindəki Xan-Şeyxun şəhərinə içərisində zəhərləyici maddələri olan mərmilərlə zərbə endiriblər. Düzdür, orijinal mətnin müəllifləri hərbi təyyarələrin kimə aid olmasını qeyd etməyiblər, onların (Rusiya və Suriyanın - red.) zərbə endirməsi haqda sadəcə olaraq təxmin ediblər.

Rusiya Müdafiə Nazirliyi rus təyyarələrinin Xan-Şeyxunu bombalamasını haqda məlumatı qəti surətdə təkzib edib.

Suriya aviasiyası Xan-Şeyxun yaşayış məntəqəsinin şərq yaxınlığındakı ərazidə terrorçulara məxsus iri hərbi-sursat anbarına və hərbi texnikanın cəmləşmə yerinə zərbə endirib. Bu anbarın ərazisində içərisi zəhərləyici maddələrlə doldurulan fuqasların (partlayıcı minaların) istehsalı üzrə sexlər var idi.”, - deyə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov aprel ayının 5-i bildirib.

O, qeyd edib ki, bu “kimyəvi silahlı hərbi-sursatlar terrorçular tərəfindən buradan İraq ərazisinə aparılır”, həmçinin Hələb şəhərində də istfadə edilib.

Eyni zamanda xarici KİV-lər hava zərbəsi və kimyəvi hücum barədəki məlumatı tirajlayaraq, qurbanların sayı barədə bir qərara gələ bilməyiblər. “Məlumatlara” görə 50-100 arası insan ölüb.

Litovkin hesab edir ki, Xan-Şeyxunda 40 min nəfər yaşayır və şəhərin belə sıxlığa sahib olmasını nəzərə alsaq səsləndirilmiş rəqəmlər şübhələrə səbəb olur.

Kimyəvi yüklü aviabomba bir qayda olaraq yarımtonluq bomba olur. Bu cür mərmilər qorxulu bir şeydir. Onun vurduğu zərər çox nəhəng - bir neçə kilometrədək olmalı idi...” , - deyə Baqdasarov qeyd edib.

Hərbi mütəxəssis Mixail Xodarenkonun sözlərinə görə, dağıntı radiusu döyüş sursatının təchiz edildiyi maddədən və onun ölçüsündən asılıdır. Lakin hər halda bu bir neçə yüz kvadrat metr olur. Deməli, sıx şəhər tikililərinin olmasını nəzərə alsaq, itkilər yüzlərlə, bəlkə də minlərlə olmalı idi.

 

Nəyə görə “Oskar” verirlər və ya “Oskarın” verilmə səbəbi...

Hadisə yerindən olan videoreporaj  və onun müəllifləri, həmçinin xəbərin ilk mənbəsi də xüsusi diqqətə layiqdir.

“Bu təşkilat olduqca siyasiləşdirilib və anti-Əsəd mövqe tutub.”, - deyə Yaxın Şərq üzrə mütəxəssis Əli Rits “Suriya İnsan Haqlarının Gözlənilməsinin Monitorinqi Mərkəzi”nin fəaliyyətini dəyərləndirib.

“Ağ Dəbilqəlilər” da etibarlı deyil: Onlar informasiya “cəbhəsində” özlərini fantastik elementləri olan qurama sənədli filmin yaradıcıları kimi tanınırlar. Görünür ki, elə buna görə onların yaradıcılığı Amerika Kino Akademiyasının mükafatı ilə mükafatlandırılıb.

“Biz “Ağ Dəbilqəlilər”ı çox yaxşı tanıyırıq. Bu tamamilə müqavilə əsasında qurulmuş təşkilatdır. Biz dəfələrlə onların yalanlarının üstünü açmışıq. Onlar, hətta yaxşı hazırlamağa macal tapmadıqları xəbərləri də yayırlar.”, - deyə Koşkin qeyd edib.

Xan-Şeyxundakı hadisələrin kadrlarını yayımlayan “Ağ Dəbilqəlilər” sağlam düşüncə ilə yanaşı, kimyəvi hücumdan müdafiənin elementar vasitələrinə də məhəl qoymayıblar.

İstifadə olunan kimyəvi maddənin növündən asılı olaraq, o havada qalaraq, bir neçə saatdan bir neçə sutkayadək təsirini saxlaya bilər. Buna görə də təsir zonasında ancaq kimyəvi-qoruyucu paltarlarda olmaq olar. Xilasetmə işləri ilə isə ancaq xüsusi ləvazimat və avadanlıqları ilə təchiz edilən kimyəvi hücumdan müdafiə dəstələri məşğul ola bilər.”, - deyə Baqdasarov aydınlıq gətirib.

“Reuters” agentliyinin yayımladığı kadrlarda görürük ki, “xilasedicilər” cəsarətlə, özləri üçün heç bir qorxulu nəticə olmadan xəsarət alanlara yalın əllərlə toxunurlar.

Onların hərəkətləri bir sıra suallara səbəb olur: onların bir qismi xəsarət alanların üzərinə su tökür, digəri isə uşağa süni nəfər verir.

İnsanın kimyəvi yoluxması zamanı, yaranı dezinfeksiya edən məhlulla işləmək lazımdır. Ciddi həkimlər bu cür hərəkətlər etmirlər, bunların ediyi isə özfəaliyyətdir. Orada kimyəvi zəhərlənməyə qarşı dərrakəli mübarizə olmayıb. Uşağa süni nəfəsin verilməsi isə daha çox qəribə görsənir. Bütün bunlara baxdıqda belə bir təəssürat yaranır ki, baş verənlərin hamısı quramadır.”, - deyə Litovkin bildirib.

 

Tanış imza

Bu, Suriya münaqişəsi zamanı kimyəvi silahdan istifadə edilməsinin ilk halı deyil. Hər dəfə də imza eyni olur.

Bu, kustar üsulla hazırlanmış kimyəvi maddənin tətbiqinə oxşayır: balaca təsir sahəsi, ən sadə və primitiv yayılma üsulu. Buna oxşar hadisə Hələbdə də yaşanmışdı.”, - deyə Baqdasarov bildirib.

Əli Ritsin sözlərinə görə, Suriyadakı terror qruplaşmalarının əvvəllər də xlor və zarin kimi zəhərləyici maddələrdən istifadə ediblər.

Buna görə də, Rusiya tərəfinin Xan-Şeyxunun şərq yaxınlığında terrorçulara məxsus kimyəvi maddələrin istehsalı üzrə gizli zavodunun məhv edilməsi haqda bəyanatlarına diqqət yetirmək lazımdır.”, - deyə Rits qeyd edib.

 

Bu kimə sərf edir?

Xan-Şeyxun hadisələrindən sonra Qərbdə böyük narazılıq dalğası qalxdı. Bir neçə “qızğın baş” hər şeyə görə Əsədi ittiham etməyə başladı. Üstəlik bu ittihamçılar özlərinə dəlil gətirməkdə zəhmət verməyiblər. Belə ki, Böyük Britaniya xarici işlər naziri Boris Conson “Suriyanın gələcəyinə dəstək konfransının” ərəfəsində jurnalistlər qarşısında çıxış edərkən bildirib ki, Suriya prezidenti “rejiminin” İdlib kimyəvi hücumunda əlinin olması haqda sübutları var. Lakin o həmin sübutların nə olması barədə heç nə deməyib.

Xan-Şeyxunda baş verənlərdən sonra Qərb KİV-ləri yenidən Əsəd “rejiminin” əvəz edilməsinin zəruriliyi haqda danışmağa başladılar.”, - deyə Rits qeyd edib.

ABŞ Prezidenti Donald Tramp kimyəvi hücumun məsuliyyətini Suriya ordusu və kimyəvi silahdan istifadəyə yol verməyəcəyinə dair söz vermiş, lakin bunu etməyi bacarmayan öz sələfi Barak Obamanın üzərinə atıb. Dövlət katibi Reks Tillerson da öz “şefi” ilə eyni tonda çıxış edərək, qeyd edib ki, Əsəd “qəddar, utanmaz vəhşiliklə” hərəkət edir.

Donald Tramp İordaniya kralı II Abdulla ilə keçirdiyi birgə mətbuat-konfransı zamanı İdlibdəki kimyəvi hücumun məsuliyyətini yenidən Əsədin üstünə atıb.

Əsədin belə dəhşətli hərəkətlərinə səbr etmək olmaz. ABŞ bütün dünyadakı müttəfiqləri ilə bu və bütün digər oxşar qorxunc hücumları pisləyir.”. - deyə Tramp bildirib.

Baqdasarovun fikrincə, amerikalılar qəsdən bu cür bəyanatlar edirlər.

Tramp administrasiyası Suriya siyasətini müəyyən etdi. Əsəd rejiminin devrilməsi necə var idisə, elə də qaldı (planlaşdırıldığı kimi də qalır). Sadəcə ayrı üsullarla.”, - deyə mütəxəssis hesab edir.

Litovkin hesab edir ki, Xan-Şeyxunda baş verənlər növbəti təxribatdır.

Bu, müxalifətin nə üçün hakimiyyət nümayəndələri ilə işləmək qabiliyyətində olmamasının və “qatil Əsədlə” eyni danışıqlar masası ətrafında əyləşə bilməməsinin əyani sübutudur.  Müxalifət şərt qoyur: Əsəd getməlidir. Müxalifətin ən əsas hədəfi Əsədi yıxmaqdır. Müxalifət “işləyib”, onlara müharibənin 6 ilində xərclənmiş həmin pulların əvəzini çıxmalıdırlar.”, - deyə Litovkin bildirib.

Qeyd edək ki, ABŞ Suriyanın hərbi bazalarına hücum reallaşdırıb ƏTRAFLI.

Tərcümə İslamazeri.com-a məxsusdur.


“Hədəf - Əsədi devirmək”: Hərbi ekspertlər İdlibdəki kimyəvi hücum barədə - TƏHLİL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ