EURO 1,9963 NEFT 51,11
USD 1,7008 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:28.06.2017 11:16:39

Hətta iki dəfəyə qədər artıq olduğunu belə deyənlər var.

Havaların isinməsinə baxmayaraq, hələ də sakinlərdən istilik pulu alınır. Halbuki iki aya yaxındır ki, rəsmi olaraq istilik mövsümu başa çatıb.

İslamazeri.com Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət paytaxtın Nərimanov rayonu Səməd Vurğun küçəsi 138 ünvanındakı hündürmərtəbəli binadan gedir. Aprel ayının 15-də istilik mövsümü başa çatsa da, bina sakinlərindən bu xidmətə görə pul tələb edirlər. Sözügedən ünvanda yaşayanlar deyir ki, əvvəllər evin bir kvadratmetr sahəsinə görə 56 qəpik ödəniş ediblər. Bir il müddətində 200 ailənin yaşadığı binada komunal ödənişləri yığan “Xəzər Servis” MMM əməkdaşları əvvəlcə bir, daha sonra isə başqa bir məbləğ tələb ediblər. Hətta bununla bağlı binanın girişinə və liftə də məlumat yazıb vurublar.

Sakinlər iddia edir ki, şirkət əməkdaşları onlardan kabel televiziyasının ödənişində də artıq məbləğ tələb edir. Hətta iki dəfəyə qədər artıq olduğunu belə deyənlər var.

Sakinlərin sözlərinə görə, dəfələrlə həmin “Xəzər Servis” MMM-ə bununla bağlı narazılıq ediblər. Məsələ ilə bağlı rayon icra hakimiyyətinə yazılı şəkildə məlumat veriblər.

Binanın komendantı Əsgər Ağayev bildirib ki, qiymətlərdəki artım sakinlərin dediyi qədər deyil. Müəyyən qədər artım da bəzi xərclərin çoxalması ilə əlaqədardır.

Ekspertlər isə burda çıxış yolu kimi tövsiyə edirlər ki, sakinlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis etsinlər. Belə olduqda qanunla ödəniləcək məbləği həmin cəmiyyət yığacaq.


Havalar isinib, amma sakinlərdən istilik pulu yığılır - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DYP-dan sürücülərə XƏBƏRDARLIQ
    Baş Dövlət Yol Polisi məlumat yayıb.
     18.08.2017
    Sabaha olan hava proqnozu
    Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
     18.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ