EURO 2,0024 NEFT 78,2
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.10.2017 13:12:07

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Hava yenidən kəskinləşəcək: leysan, dolu, qar gözlənilir - XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir təyin etdi
    Treysinin Ermənistana səfir kimi namizədliyi ABŞ Senatında baxıldıqdan sonra təsdiq olunmalıdır.
     22.09.2018
    Azərbaycan XİN KTMT baş katibininin açıqlamasına münasibət bildirib
    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində bildirilir.
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ