EURO 1,9963 NEFT 51,11
USD 1,7008 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.05.2017 13:24:49

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 14-16, gündüz 21-26 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, mayın 20-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, 21-də arabir güclənən xəzri küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, mayın 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Hava proqnozu - Nazirlik xəbərdarlıq etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya BMT-yə müraciət etdi: ABŞ koalisiyası dağıdılsın!
    Suriya BMT TŞ-ya müraciət etdi.
     18.08.2017
    Vəkil Tale Bağırzadə və Abbas Hüseynlə görüşüb
    Ombudsman Aparatının, Penitensiar Xidmətin və Qırmızı Xaç Komitəsinin nümayəndələri onlara baş çəkib.
     18.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ