EURO 2,07 NEFT 74,26
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:20.02.2017 14:26:21

"Səlahiyyətli şöbə və sektor rəhbərlərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar əhalidən neqativ hallar barədə daxil olan şikayətlərin daha ciddi araşdırılması tapşırılıb".

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmr imzalayıb. Nazir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 05.01.2017-ci il tarixli 2/11 nömrəli tapşırığına əsasən sənədə qol çəkib. Bu Səhiyyə Nazirliyindən məlumat verilib.

"Əmrdə Səhiyyə Nazirliyinin idarə və müəssisələrin rəhbərlərinə imtiyazlı əhali qruplarına və dövlət (tədbirlər) proqramları çərçivəsində verilməsi nəzərdə tutulan dərmanların buraxılması üzərində ciddi nəzarətin təmin edilməsi, tibbi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması, səhiyyə müəssisələrinə ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, qanunvericiliyə uyğun olaraq dərman preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tibbi kadrların işə qəbulu və diplomdan sonrakı hazırlığı məsələlərin həyata keçirilməsində şəffaflığın daha da artırılması üçün tədbirlərin görülməsi tapşırılıb" - məlumatda qeyd olunub.

Nazirlikdən bildirilir ki, səlahiyyətli şöbə və sektor rəhbərlərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar əhalidən neqativ hallar barədə daxil olan şikayətlərin daha ciddi araşdırılması tapşırılıb.


Əhalinin şikayətləri ciddi araşdırılmalıdır - Səhiyyə Nazirliyi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rumıniyada 5 maqnituda gücündə zəlzələ baş verib
    Rumıniyada zəlzələ baş verib, yeraltı təkanlar Kişinyovda və Moldovanın digər yaşayış məntəqələrində hiss olunub.
     26.04.2018
    Günahları məhv edən, Cəbrailin (ə)
    Günahları məhv edən, Cəbrailin "sevimli əməl" adlandırdığı, siratın üstündə nur və Peyğəmbərə yaxın olmağa səbəb olan əməl...
     26.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ