EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:20.02.2017 11:23:06

"Qarabağ" klubuna qarşı qara piar aparılır?

Futbol elə oyundur ki, nəticəsi məhz iki komandanın peşəkarlığından, fiziki və psixoloji hazırlığından, bacarığından asılıdır. Əlbəttə, bəxt amilini də heç kim dana və pisləyə bilməz. Amma qəbul edilməyən, lakin təəssüf ki, bəzi hallarda yol verilən bir amil də var: hakim müdaxiləsi. Oyunun bütün marağını itirən, ona kölgə salan bu amilə əfsuslar olsun ki, Azərbaycan Premyer Liqasında da rast gəlinir.

Bir neçə il bundan əvvəl azarkeşlər ölkə flaqmanı “Neftçi” klubununun hakim köməkliyi ilə qələbə qazanıb, çempion olduğunu deyirdilərsə, bu mövsümdə ittihamlar digər sevilən kluba - “Qarabağ”a yönəlib. “Qarabağ”ın son oyunlarından sonra sosial şəbəkələrdə hiddətli azarkeş rəylərinə rast gəlmək adi hala çevrilib.

Artıq bu ittihamlar mətbuat vasitəsilə açıq şəkildə belə səsləndirilir. “Qarabağ”ın rəqiblərinə qarşı təzyiq, layiq olmayan xəbərdarlıqlar edilməsi, sarı, qırmızı kartların göstərilməsi, haqq etdikləri cərimə zərbələrinin verilməməsi azarkeşləri təkcə ədalətsiz hakimlərə qarşı deyil, həm də ölkənin hazırda ən çox azarkeşi olan “Qarabağ”a qarşı qoyur. Görəsən, “Qarabağ”ın bütün bunlara ehtiyacı varmı? Onsuz da öz oyunu ilə turnir cədvəlində ilk yerləri tutmaq imkanı olan klub niyə belə halların yaşanmasına yol verir?

“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov səhvlərinin təkcə onların xeyrinə olmadığını desə də, ümumilikdə belə səhvlərin olduğunu qeyd etmişdi: “Bəli, bizim xeyrimizə hakim səhvləri var. Rəqiblərimizin də xeyrinə və ziyanına hakim səhvləri var. 20 ildir ki, futbolun içindəyəm. Görürəm ki, bəzi şeylər sünidir”.

Təcrübəli kapitan deyir ki, komanda onların xeyrinə səhv qərar verildiyi təqdirdə, buna etiraz olaraq, hərəkət edə bilərlər: “Bu yaxınlarda belə bir hal oldu. Çox adam bunu görmədi. "Neftçi" ilə oyunda penaltini vurmaq istəmirdik. Fasilə götürmüşdük, məşqçilərimiz təkrara baxırdı. VİP-ə zəng vurub, gözlədik. Deyiləndə ki, xəttin üstüdədir, ondan sonra yerinə yetirdik. Xəttin çölündə olsaydı, vurmayacaqdıq. Son qərarı mən vermirəm. Hakim səhv penalti təyin etsə, biz yenə vurmayacağıq”.

Klubun baş məşqçisi Qurban Qurbanov isə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində baş tutmuş “Qarabağ” – “Zirə” oyunundan sonra təşkil olunmuş mətbuat konfransında jurnalistlərin hakim köməkliyi ilə bağlı verdiyi sualı belə cavablandırıb: “ İnanmıram ki, Azərbaycanda “Qarabağ”ı gözdən salmağa çalışan adam olsun. Mən bu klubda çalışmağın məsuliyyətini həmişə dərk etmişəm. Sadəcə, fikirlər ola bilər, hərə öz fikrini deyir. Verilən açıqlamalara reaksiya vermirəm, başımızı aşağı salıb, işimizi görürük”.

Əlbəttə, Q.Qurbanov da, fəxrimiz olan “Qarabağ” da həmişəki kimi öz işlərini görürlər. Amma görünür, bu işə kölgə salmaq istəyənlər də işsiz qalmırlar. Onların kimliyinin və məqsədlərinin ortaya çıxarılması isə indiki halda elə ən çox “Qarabağ” üçün maraqlı olmalıdır. Gəlin, Azərbaycanı Avropada tanıtmağa nail olan bir nömrəli klubumuzun gözdən salınmasına imkan verməyək.

İstipress


Hakimlərin "Qarabağı"n xeyrinə olan səhvləri azarkeşləri hiddətləndirib - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ