EURO 1,9794 NEFT 71,62
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.08.2017 13:44:47

Hacıqabul rayonunda keçirilən əməliyyat tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

İslamazeri.com xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbirləri çərçivəsində 3 nəfər saxlanılıb.

Hacıqabul sakini, 1972-ci il təvəllüdlü Əkbərov Elşad Ələkbər oğlu polis tərəfindən saxlanılarkən onun üzərindən 1,7 qram narkotik vasitə olan heroin aşakar edilərək götürülüb.

Adı çəkilən şəxs heroini Hacıqabul sakini, 1963-cü il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunmuş Məmmədov Abdulla Beydulla oğlundan aldığını etiraf edib. Sonuncunun evinə baxış keçirilərkən oradan satış məqsədi üçün nəzərdə tutulan 11,5 qram heroin aşkar edilərək götürülüb. Hər iki şəxs saxlanılıb.

Digər bir əməliyat zamanı rayon sakini, 1969-cu il təvəllüdlü Məmmədov Rövşən Nəsrullah oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 17 qram tiryək aşkar olunaraq götürülüb.

Hər 3 şəxs barəsində cinayət işi açılıb, araşdırma aparılır.


Hacıqabul sakinlərindən narkotik aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlı “Kedicik”lər Türkiyə səfirliyinə müraciət etdilər
    Türkiyədə saxlanılan Adnan Oktarın xanım tərəfdarları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət ediblər.
     18.07.2018
    Suriya ordusu bu şəhərdə qələbə bayrağını qaldırdı
    Dəra əyalətinin qubernatoru zəfər ilə bağlı danışıb.
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ