EURO 1,9671 NEFT 75,45
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.05.2017 09:15:10

Hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırıldığı bildirilir.

Aramsız yağan yağışlar Hacıqabulun dağ kəndlərində ciddi fəsadlar törədib.

İslamazeri.com APA-ya istinadən məlumatına görə, ötən gün yağan aramsız yağış nəticəsində Hacıqabul rayonunun Udulu qəsəbəsinə daxil Qubalı və Tava kəndləri sel sularına məruz qalıb.

Təbii fəlakətdən əsasən daha çox Qubalı kəndi ziyan görüb. Qubalı kəndində 15-dən çox fərdi yaşayış evlinə və təsərrüfatlara ciddi ziyan dəyib. Yağan yağışlar Pirsaat çayının məcrasından çıxmasına səbəb olub və nəticədə nar bağları, şəxsi təsərrüfatlarda əkin sahələri su altında qalıb.

Yaşayış evlərinin həyətlərini su basıb. Bir çox təsərrüfatlarda ev quşları tələf olub. Kəndlə rayon mərkəzini birləşdirən avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyündən kəndlə müvəqqəti əlaqə kəsilib. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən bu gün qəzalı körpü bərpa edilib.

Təbii fəlakətin aradan qaldırılması və vətəndaşlara dəyən ziyanın miqyasını müəyyən etmək üçün Hacıqabul rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən komissiya yaradılıb.


Hacıqabul kəndləri sel suları altında qalıb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlı deputat: “Gürcüstanın baş naziri, prezidenti və spikeri bir-birinə düşmən kimi baxır”
    Gürcü parlamentinin azərbaycanlı deputatından şok açıqlamalar.
     20.06.2018
    Azərbaycanda bu avtomobil yolu yenidən qurulur FOTO-VİDEO
    23.3 km uzunluğa malik Göyçay rayonunda yerləşən Cəyirli - Alpout avtomobil yolu yenidən qurulur.
     20.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ