EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:02.10.2019 20:21:33

Hacı Tale Bağırzadənin xanımı barədə yekun rəsmi qərar açıqlanıb.

Hacı Tale Bağırzadənin xanımı barədə yekun rəsmi qərar açıqlanıb.

Leyla İsmayılzadənin vəkili Zibeydə Sadıqova Rakurs.TV-yə verdiyi müsahibəsində bu barədə məlumat verib.

Z. Sadıqova deyib ki, onlar bu gün Ədliyyə Nazirliyi İstintaq idarəsində olublar.

Müstəntiq qaldırılmış cinayət işinə xitam verildiyini onlara açıqlayıb.

Xatırlatma: Bir neçə gün öncə “MBH-nın həbsdə olan sədri Taleh Bağırzadənin xanımı Leyla İsmayılzadə haqqında cinayət işi başlanmışdı.

Leyla İsmayılzadəyə əvvəlcə istintaqın gedişi və ittiham xəbər verilməmişdi. Daha sonra müstəntiq onunla əlaqə saxlayaraq sentyabrın 27-də Ədliyyə Nazirliyinin istintaq idarəsinə çağırmışdı. O, sözügedən məsələ ilə əlaqədar bundan öncə də iki dəfə dindirilmişdi.

Qeyd: Penitensiar Xidmət martın 21-də Leyla İsmayılzadə haqda məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, o üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib.

Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib. Həbsxana işçiləri də xarab telefonu 3 yaşlı Abbasın digər oyuncaqlarının olduğu oyuncaq çantasından götürmüşdülər.

Leyla İsmayılzadə ilk gündən demişdi ki, həyat yoldaşına təzyiq məqsədilə bu olayı şişirdiblər.


Hacı Tale Bağırzadənin xanımının istintaq işi haqda yekun rəsmi qərar açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ