EURO 1,9062 NEFT 52,21
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:24.11.2016 15:51:14

İlahiyyatçı Şahin Həsənli Türkiyə səfəriylə bağlı İslamazeri.az-a öz təəssüratlarını danışıb.

Xəbər verdiyimiz kimi "Ərbəin" günü ilə əlaqədar Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli Türkiyəyə səfər edib.

Noyabr ayının 20-i qardaş ölkəyə yola düşən ilahiyyatçı iki günlük səfərdən sonra vətənə geri dönüb. Ş. Həsənli İslamazeri.az-a bununla bağlı fikirlərini bölüşərkən bildirdi ki, Türkiyənin İstanbul şəhərinə səfər Cəfəri Alimlər Birliyinin, xüsusən din xadimləri Həsən Karabulut və Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüzün dəvəti ilə gerçəkləşib. 

""Ərbəin" günü ilə bağlı ən əsas və geniş tədbir keçirildi. Böyük zalda baş tutan tədbirdə çıxışlar oldu, eyni zamanda Kərbəla hadisəsiylə bağlı səhnələşdirilmiş şəbeh nümayiş etdirildi. Doğurdan da, çox möhtəşəm tədbir idi, yüzlərlə insan işdirak edirdi. Çox sevindirici haldır ki, İmam Hüseynin (ə) "Ərbəin" günü ilə əlaqədar İstanbulda belə bir kütləvi tədbir keçirildi".

İlahiyyatçı bildirdi ki, bundan əlavə İstanbulda azərbaycanlıların yaşadığı məntəqədə hüseyniyyəni ziyarət ediblər və həmyerlilərimizin qarşısında çıxış edib. Həmin ərazidə Azərbaycan bayraqlarının bir çox yerlərdən asılması Şahin Həsənlinin diqqətini cəlb edib. Gənclərlə görüşən ilahiyyatçı onlara ölkəmizi layiqli təmsil etmələri barədə öz tövsiyələrini verib:

"Ümumiyyətlə, gənclərin sualları və müəyyən problemləri var idi. Bununla bağlı fikirlərimizi bildirdik. Müsbət bir ab-hava yarandı, gözəl fəza varı idi. İndiyə qədər xatirimdən çıxmır". 

İlahiyyatçı qeyd etdi ki, bundan əlavə "Zəhra Ana" adlı dərnəyi ziyarət ediblər. Sözügedən dərnək xeyriyyəçiliklə məşğul olan qadınlardan ibarət təşkilatdır.

Şahin Həsənli həmçinin Türkiyənin "Cem" televiziya kanalında verilişlərdən birinə dəvət alıb və "İlahi eşq" mövzusunda söhbətlər aparılıb. Bununla yanaşı, ilahiyyatçı ələvilərlə görüşüb və onlarla Əhli-beyt (ə) məhəbbəti haqqında danışıb. 

Şahin Həsənli qardaş ölkəyə səfəri çərçivəsində görüş keçirdiyi şəxslərə Azərbaycanın tarixi abidələrini əks etdirən rəsm əsərlərini, Qarabağ xalçasını hədiyyə edib. 

"Bir çox yerlərdə Qarabağ məsələsi ilə bağlı fikirlərimizi bölüşdük. Bu, orada yaşayan insanları da çox düşündürən mövzu idi. Hətta özləri üçün ən ağrılı problem kimi dəyərləndirirdilər. Qarabağ məsələsiylə bağlı öz narahatlıqlarını ifadə edib söyləyirdilər ki, Azərbaycan torpaqlarının işğal altında olmasını heç cür qəbul etmək istəmirlər. Bu məsələdə də Azərbaycan dövlətinə lazım olan dəstəyi verəcəklərini bildirdilər" - deyə Ş. Həsənli vurğuladı.

İlahiyyatçı eyni zamanda bir neçə ibadət evində, o cümlədən "İmam Əli (ə)"  məscidində olduğunu və çıxışlar etdiyini söylədi. 

"Olduqca maraqlı səfər oldu. Düzdür, çox qısamüddətli keçdi, amma zəngin bir proqram idi. Xoş təəssüratlarla ayrıldıq" - deyə sonda Ş. Həsənli əlavə etdi.

Qeyd edək ki, tanınmış din xadimi Hacı Şahin Həsənli iki gün Türkiyənin İstanbul şəhərində səfərdə olub.


Hacı Şahin Həsənli Türkiyə səfəri ilə bağlı İslamazeri.az-a danışdı - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: “TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir”
    Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası planlaşdırıldığından 3% geridədir.
     26.05.2017
    İmam cümə seçkilərdəki saxtakarlıq, Bəhreyn və Səudiyyədəki qətliamlardan danışdı
    Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.
     26.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ