EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:16.05.2017 10:40:01

Xəbər verdiyimiz kimi İranın Həmədan şəhərinin Xobreqan məclisində eks nümayəndəsi milliyətçə azərbaycanlı Ayətullah Sabir Həmədani bir neçə gün öncə dünyasını dəyişib

Xəbər verdiyimiz kimi  İranın Həmədan şəhərinin Xobreqan məclisində eks nümayəndəsi milliyətçə azərbaycanlı Ayətullah Sabir Həmədani bir neçə gün öncə dünyasını dəyişib.

Bununla bağlı “İslamazeri” Portalı Ayətullah Sabir Həmədaninin Azərbaycanda fəaliyyəti zamanı onun köməkçilərindən olan "Bülbülə" dini icmasının sabiq sədri Hacı Məsim Novruzovdan münasibət öyrənib.

Hacı Məsim Novruzov böyük din aliminin dünyasını dəyişməsi xəbəri, Azərbaycanda bir çox dindarı narahat etdiyi kimi, onu da sarsıtdığını bildirib.

“Bu xəbərə çox sarsıldıq. Ayətullah Sabir Həmədani 1992-ci ildə Azərbaycana təbliğat üçün gəlib. İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin göstərişi ilə ölkəmizdə onun ilk nümayəndəsi olub. Təqvalı, şücaətli, səxavətli, rəbbani alim idi”, -deyən Hacı Məsim Novruzov bu mərhum alimin vəhhabiləyə qarşı kitabının ölkədə o dövrdə bir rezonans doğurduğunu və vəhhabi şübhələrinə sərrast və dəqiq cavablar silsiləsilə cavab verdiyini bildirib.

Hacı Məsim Novruzovun sözlərinə görə, Ayətullah Sabir Həmədani Azərbaycanın bir çox bölgələri üzrə fəaliyyətinin olduğunu və təlim, tərbiyə və elm təbliğatında böyük rolu olduğunu bildirib.

“Azərbaycandan əvvəl onun qardaş Türkiyədə böyük fəaliyyəti olmuşdu. Orada insanlara Quran və Əhlibeyt məktəbinin çatdırılması və təbliğatında öndərlik edirdi. Daha sonra Ayətullah Xamenei onu Azərbaycana təyin etdi və qısa müddət ərzində o təqva, səxavət, dürüstlüyü və təvazösilə o dövrün möminlərinin qəlbində məhəbbət qazandı.”, -deyən Hacı Məsim Novruzov sonda başsağlığını dilə gətirib.

“Onun tərcümeyi halında “məruf müctehid” kəlməsi yazılıb, mərcəiyyət təkliini qəbul etməyib. Əhlibeyt və Qurana, Allahın dininə böyük xidmətləri olub. Buna görə də, ilk növbədə Zamanın Sahibi - İmam Məhdi (ə)-a, daha sonra Ayətullah Seyid Əli Xamenei və digər mərcəiyyətimizə, həmçinin yaxınları və ailəsinə,  bütün İslam aləminə dərin hüznlə başsağlığı verirəm.”, - deyə Hacı Məsim Novruzov bildirib.


Hacı Məsim Novruzov Ayətullah Sabir Həmədani haqda: "Təqvalı, şücaətli, səxavətli, rəbbani alim idi”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Onlar istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar."
     24.06.2017
    Afrikadakı İslam Respublikasında da Qüds günü qeyd edilib
    İslamazeri.com "Al Alam"a istinadən Afrikada yerləşən müsəlman dövləti Mavritaniyada keçirilən Qüds günü ilə bağlı yürüyüş və tədbirlərdən fotoları təqdim edir.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ