EURO 1,955 NEFT 78,91
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:30.07.2018 11:24:40

Xəbər verdiyimiz kimi 2011-ci ildə həbs olan, ilahiyyatçı Hacı Abgül Süleymanovun Cəza Çəkmə Müəssisəsi dəyişdirilib.

Xəbər verdiyimiz kimi 2011-ci ildə həbs olan, ilahiyyatçı Hacı Abgül Süleymanovun Cəza Çəkmə Müəssisəsi 1 aya yaxındır ki, dəyişdirilib. Lakin o 2 saylı CÇM-nə göndəriləndən sonra karantin, daha sonra “kars”a salınıb. Şənbə günü onun kars və karantin müddəti bitsədə, o CÇM-nə buraxılmır.

Ötən həftənin cümə günü ruhanilə görüşən vəkili onun səhhətində problem olmadığını bildirib. Vəkil həmçinin bildirib ki,  “zon” rəhbərliyi bildiriblər ki,  onla bağlı hər hansısa tapşırıq verilməyib. (Red: Kars və karantində saxlanılması və zona buraxılmaması öz təşəbbüsləridir.)

İslamazeri.com-a danışan ruhaninin bacanağı jurnalist Ramin Bayramovun bildirdiyinə görə isə, ruhaninin “zon”a buraxılmama səbəbi ölkədəki son hadisələrlə bağlıdır və ümumi vəziyyətlə əlaqəlidir.

"Hacının ictimaiyyətlə ünsiyyətindən narahatdırlar və hansısa onları narahat edə biləcək açıqlaması ola biləcəyindən ehtiyat edirlər. Ona görə, bu cür məhdudiyyətlərlə bir müddət onu İslami camiədən uzaq saxlamaq istəyirlər. Lakin Hacı Abgül istədiyi vaxt, istədiyi mesajı çölə ötürə bilər. Çünki bütün  “zon”larda onun hörməti nəinki dindarlar, hətta digər dustaqlar arasında çox yüksəkdir. Düşünürük ki, Hacıya qarşı bu məhdudiyyətlər dini camiədə narahatçılığı günü-gündən artırır. Hər gün bir neçə dindar onun olduğu zona gedir. Ümidvaram ona qarşı bu məhdudiyyətlər aradan qaldırılacaq, digər dustaqlar kimi  “zon”a buraxılacaqdır. Son olaylara qalınca ruhaninin bu olaylarla yaxından uzaqdan əlaqəsi yoxdur və qanuna zidd  hansısa açıqlaması ola bilməz.", -deyən Ramin Bayramov 2 saylı CÇM-nə getdiyini, lakin  “zon” rəhbərliyinin görüşə izin vermədiyini bildirib.

İnstagram izləyicilərimiz üçün hazırlanan video


Hacı Abgül Süleymanovun “zon”a buraxılmaması təsadüfidir, yoxsa?!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İrandan yanlış imic təqdim etmək, düşmənin ən mühüm gündəmidir
    Ayətullah Xamenei ölkənin iki minə qədər fəal gənc elitası və görkəmli alimlərini qəbul edib.
     19.10.2018
    Milli Məclisin ən çox maaş alan deputatları: Kim nə qədər alır? - SİYAHI
    Dəyişiklik mayın 1-dən qüvvəyə minib və deputatlar artıq 5 aydan çoxdur ki, bu qədər maaş alırlar...
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ