EURO 1,8484 NEFT 52,38
USD 1,7022 RUB 0,0304
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.03.2017 17:58:56

İlahiyyatçı Hacı Abgül Süleymanov 11 saylı CÇM-də cəza kamerasına salınıb

Yeniləndi 17:55 - İslamazeri.az-ın əldə etdiyi dəqiq məlumata görə, Hacı Abgül Süleymanov dünən (6 mart) CÇM-nin daxili qərarına əsasən 5 sutkalıq cəza kamerasına salınıb. Qeyd edək ki, saytın əldə etdiyi digər məlumata görə,  ruhaninin cəza kamerasına salınmasının səbəbi  Şeyx Sərdar Hacıhəsənli ilə bağlı yaydığı bəyanat və bəyanatın KİV-də əks səda doğurması olub.

 

Yeniləndi 13:40: İslamazeri.az-ın əldə etdiyi xəbərə görə, Hacı Abgül Süleymanov dünən (6 mart) saat 18 radələrində cərimə kamerasına salınmasının səbəbi  Şeyx Sərdar Hacıhəsənli ilə bağlı yaydığı bəyanat və bəyanatın KİV-də əks səda doğurması olub.

 

12:54 - 11 saylı Cəza Çəkmə Müəssisəsində həbsdə olan ruhani Hacı Abgül Süleymanov dünən (6 mart) saat 18 radələrində cərimə kamerasına salınıb.

Bu barədə İslamazeri.az-a onun yaxınları məlumat verib.

Ehtimal edilir ki, ruhaninin cəza kamerasına salınmasına səbəb Şeyx Sərdar Hacıhəsənlinin həbsinə etiraz etməsi olub. 

CÇM-dən İslamazeri.az-a "Sizə bu haqda kim məlumat verib; belə bir şey və  bu haqda məlumatımız yoxdur" bildirilib.

Qeyd edək ki, ötən həftənin şənbə günü  "Abgulsuleymanov.com" saytında ruhani Hacı Abgül Süleymanovun həbsxanadan göndərdiyi məktubu yayımlanmışdı. Məktubda Şeyx Sərdar Hacıhəsənlinin namaz qıldığına görə həbs olunması pislənilib. Hacı Abgül Süleymanov hamını həbs edilən ruhaniyə dəstək verməyə çağırıb.


Hacı Abgül Süleymanovun karsa salınma səbəbi və cəzasının müddəti dəqiq bilindi - YENİLƏNDİ 2

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda biznesmenin itlərinə dəbdəbəli toy etdiyi bildirilir - VİDEO
    Goranboy rayonunda yaşayan tanınmış biznesmen Qalib Musatafayevin Amon və İsida adlı cins itlərinə toy etdiyi bildirilir.
     24.04.2017
    Məktəb direktorunun faciəli ölümünün təfərrüatı
    6-cı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb.
     24.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ