EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.02.2019 14:06:07

İlahiyyatçı Hacı Abgül Süleymanovdan xəbər var

Qohumları Hacı Abgül Süleymanovla görüşüb.

Bu haqda İslamazeri.com-a ilahiyyatçının qohumları məlumat verib.

Məlumata görə, bacısı və xalası oğlu  2011-ci ildə MTN tərəfindən həbs olunan İlahiyyatçı Hacı Abgül Süleymanovu 2 saylı CÇM-də ziyarət ediblər.

Onların bildirdiyinə görə, Hacı Abgülün səhhəti və ruhiyyəsi yaxşıdır, dostlara-tanışlara salamı var.

"Hacının səhhəti və ruhiyyəsi yaxşıdır. Həbsxanada hər şey normaldır və Hacının dost, tanışlarına salamı var. Tövsiyələrində Allaha təvəkkül, dua və ibadətin möminin ən böyük gücü olduğunu dedi. Əyyami Fatimə günlərində böyük alimlərin öz hacətlərini Allahdan aldığını qeyd edərək, bu günləri səmərəli dəyərləndirmələrini tövsiyə etdi.", -deyə ilahiyyatçının qohumları bildirib.

Qeyd edək ki,  İlahiyyatçı Hacı Abgül Süleymanov 2011-ci ildə MTN tərəfindən həbs olunub. Məhkəmə qərarı ilə o müxtəlif cinayət maddələrilə - xüsusilə "cihada çağırış" ittihamı ilə 11 il həbsə məhkum edilib. İlahiyyatçı heç bir ittihamı qəbul etməyərək, ölkədəki o zamanlar məktəbdə hicaba qadağaya etiraz etdiyi üçün həbs olunduğunu məhkəmədə də bildirib. Həbs olunduqdan sonra MTN təcridxanası, 13 saylı CÇM, 7 saylı qapalı Qobustan həbsxanası, 11 saylı CÇM və indi olduğu 2 saylı CÇM-də saxlanılır.


Hacı Abgül Süleymanovdan xəbər var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran: ABŞ bizə yalvarır ki...
    Bu haqda məlumat İran prezidentinin saytında yerləşdirilib.
     21.05.2019
    Millət vəkili Maliyyə Nazirliyinin fəaliyyətini tənqid edib
    “Azərbaycanda dövlət büdcəsi ilə bağlı müzakirələr daha geniş spektrdə təşkil olunmalıdır”.
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ