1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.07.2019 11:18:51

Ötən gecə etirazlar səbəbindən yayımını dörd saata yaxın dayandıran Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı yayımını bərpa edib.

Ötən gecə etirazlar səbəbindən yayımını dörd saata yaxın dayandıran Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı yayımını bərpa edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün səhər saat 07:30-da kanal əməkdaşları yenidən efirə çıxıblar. 

“Rustavi 2”nin baş direktoru Nika Qvaramia bildirib ki, yayımın dayandırılması barədə qərar təhlükəsizlik baxımından qəbul edilib.

Qeyd edək ki, “Rustavi 2”yə qarşı etirazlara səbəb ötən axşam efirdə yayımlanan “Postskriptum” proqramı olub. Aparıcı Giorgi QabuniaRusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqramı Gürcüstan hökuməti və ictimaiyyəti böyük narazılıqla qarşılayaraq, bunu dövlət və xalqa qarşı təxribat kimi qiymətləndiriblər.

Gecə saatlarında televiziya kanalının ofisi yaxınlığında kütləvi etiraz aksiyası keçirilib. Etirazçıların bir qismi G.Gabunianın üzr istəməsini, digər qismi isə kanalın bağlanmasını tələb ediblər. “Rustavi 2” kanalının rəhbərliyi G.Qabunianın ifadələrinə görə tamaşaçılardan üzr istəyib.

Etiraz fonunda televiziya kanalının iki əməkdaşı işdən çıxıb.  


Gürcüstanın müxalif televiziyası fəaliyyətini bərpa edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ