EURO 1,8876 TRY 0,3056
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.07.2019 23:02:03

Gürcüstanda yetim uşaqlara yardım etmək üçün “ƏMİN” xeyriyyə fondu yaradılıb.

İslamazeri.com xəbər verir ki, Gürcüstanda yetim uşaqlara yardım etmək üçün “ƏMİN” xeyriyyə fondu yaradılıb.

“ƏMİN” xeyriyyə fondunun rəhbəri Mahir Məmmədovun 24News.ge xəbər portalına bu haqda danışıb.

Onun sözlərinə görə, adı gedən fond bəzi yerli din xadimləri və ictimai xadimlər tərəfindən 09.06.2019 tarixində təsis olunub.

“ƏMİN” xeyriyyə fondunun rəhbəri Mahir Məmmədov bu haqda bildirib: "Qeyd edim ki, nəzərdə tutulan fond məhdud çərçivədə ehtiyaclı valideyn qayğısından məhrum olan uşaqlara qayğı göstərən xeyriyyə təşkilatıdır. Adı gedən fondun idarəçiliyi, müstəqil şəkildə və heç bir qurum və idarədən asılı olmayaraq bir qrup könüllü ruhanilər heyyəti tərəfindən həyata keçirilir. Fond, ehtiyaclı yetim uşaqlara qayğı görsətməkdə İslam şəriətini və ölkə qanununu əsas rəhbər tutur."

"Sözü gedən fond, Gürcüstanda yaşayan və Gürcüstan müsəlmanlarının icmasına mənsub olan ehtiyaclı yetimlərə aid olur. Siyahıya alınmış fondun imkanlarından yararlanan ehtiyaclı yetim uşaqlar 15 yaşa qədər yardım ala bilərlər. Allahın izni və yardımsevən insanların köməyi sayəsində artıq bir aydır ki, yaranan “ƏMİN” Xeyriyyə Fondu uğurla fəaliyyət göstərməkdədir.", -deyə “ƏMİN” xeyriyyə fondunun rəhbəri əlavə edib.

Fondun 80 könüllü üzvünün olduğunu deyən Mahir Məmmədov sözlərinə belə davam edib: " Bu ay üçün ölkəmizin müxtəlif bölgələrindən (Tbilisi, Marneuli, Rustavi, Bolnisi, Saqareco və s.) müraciət edən 22 nəfərdən ibarət valieynini itirmiş azyaşlıların hər birinə 50 lari məbləğində pul yardımı bank hesab nömrələrinə köçürülüb."


Gürcüstanda yetim uşaqlar üçün “ƏMİN” xeyriyyə fondu yaradıldı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ