EURO 1,9314 NEFT 60,39
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.03.2018 11:14:18

Gürcüstanda Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlər keçirilməsi nəzərdə tutulub.

 İslamazeri.com xəbər verir ki, dünən ilk tədbir Marneuli rayonunun Alget kəndində yerləşən “Mahmudoğlu” şadlıq sarayında BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə mərasim şəkilində keçirilib.
Xanımların iştirak etdiyi mərasimdə Qurani-Kərimin tilavətindən sonra Hz. Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından söhbətlər edilib.

Çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və din müəllimələri Cənnət xanımı “Hz. Zəhranın (s.ə) simasında İslamda ailə mədəniyyəti” və “nümunəvi qadın” mövzularında ətraflı məlumatlar veriblər.
Bayram süfrəsi ətrafında təşkil olunan mərasimdə məddah Səid Həsən ilahilər oxuyaraq,  şeir və qəzəllər deyib.

Sonda xanımlar arasında viktorina əşkil olunub, qaliblərə, həmçinin Fatimə və Zəhra adlarını daşıyıcılarına hədiyyələr təqdim olunub.

Qonaqlara jurnal, təqvim və posterlər verilib.


Gürcüstanda Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud mərasimi keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman uşaq ümumdünya riyaziyyat turnirinin qalibi oldu
    Turnirdə 80 ölkədən olan 12 mindən çox insan toplaşıb
     14.12.2018
    Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxıb
    Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apellyasiya şikayətini təmin etməyib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ