EURO 1,8964 TRY 0,2805
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.05.2019 03:49:52

Gürcüstanın Apellyasiya məhkəməsi Marneuli İmam Əli (ə) adına olan məscidin qeydiyyatdan keçməmiş şurasının şikayətinə baxıb

Gürcüstanın Apellyasiya məhkəməsi, Tbilisi şəhər məhkəməsinin  çıxardığı qərarını qüvvədən salaraq, Marneuli İmam Əli (ə) adına olan məscidin qeydiyyatdan keçməmiş şurasının tələbini təmin edib.
Bu haqda İslamazeri.com-a Umumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov bildirib.
" İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi xalqın xəbəri olmadan məscidi, sahibsiz mülk adı ilə şəxsi balansına keçirmiş və Gürcüstan Müsəlmanlar İdarəsi (GMİ) isə heç bir şəri və hüquqi haqqı olmadan, yazıb tələb edərək, İmam Əli (ə) məscidini 49 illiyinə öz idarəçiliyinə götürmüşdü.  
Bu məsələni yerli əhali və məscidin şurası eşidib biləndən sonra, kəskin etiraz edərək məhkəməyə baş vurdular. Tbilisi şəhər məhkəməsi, Məscid Şurasının əleyhinə qərar çıxardaraq, GMİ-nin idarəçiliyində saxlamışdı.", -deyə Mirtağı Əsədov bildirib.
Mirtağı Əsədov 8 mayda keçirilən apellyasiya məhkəməsinin qərarını şərh edərkən deyib ki, Apellyasiya Məhkəməsi Tbilisi şəhər məhkəməsinin qərarını qüvvədən salıb.
"Məhkəmə Marneuli İmam Əli (ə) məscidini GMİ-nin balansından çıxararaq ( 49 illik icarə müqaviləsi ləğv edilir) geri İqtisadiyyat Nazirliyinin Balansına qaytarılması, bu mövzunun yenidən araşdırılmasına və mübahisəli məsələnin öz həllini tapsına qərar verdi", - Umumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov bildirib.
 GMİ-nin şeyxi Hacı Ramin İgidov İslamazeri.com-a daha əvvəl bildirmişdi ki,  bu vaxta qədər heç bir rəsmi sənədi olmadığından məscidlərin işıq, qaz və su kimi kommunal ehtiyaclarını ödəmək mümkün olmurdu və ya qeyri-qanuni yollarda təmin edilirdi. Bu da öz növbəsində bir sıra çətinliklər yaradırdı. Bu sahədə bizə 30-a yaxın müraciət daxil olub.
İgidovun sözlərinə görə, bundan başqa hədiyyə olunmuş torpaqlarda tikilmiş bir neçə məscidlərdə dini məkanın sahəsini müəyyənləşdirən sənəd olmadığından bu gün yeni ortaya çıxan iddiaçı varislərlə də problemlər yaşanmaqdadır. Gələcəkdə belə problemlərin təkrar olunmaması üçün məscidlərin qeydiyyatına aydınlıq gəlməsi və torpağının və binasının müəyyənləşməsi labüddür. 
2011-ci ildə heç bir sənədi olmayan dini məkanlar müvəqqəti olaraq İqtisadiyyat Nazirliyində qeydə alınması haqda Ramin İgidov belə demişdi:  "Tbilisi Cümə Məscidi”ndə qeydə alınması daha məntiqə uyğundur. Hüquqi cəhətdən hansı formada olacağı barədə başqa dövlətlərdəki modelləri də nəzərdən keçirməklə müzakirələr aparılmalıdır. Bundan başqa bütün məscidlərimizin və hətta “Qocalar evi”, “Mərasim salonu” və “İbaət evi” “Məscid” statusu əldə etsələr o zaman toxunulmaz olarlar. Əsas bu haqda çalışmaq lazımdır. Xalqın dəstəyi ilə tikilib onların istifadəsində olan müqəddəs inanc yerlərinin qeydiyyatı və hüquqi adresinin olması vacibdir və bunun üçün dövlətlə hüquqi və məntiqi əsaslara söykənərək ətraflı müzakirə aparmaq lazım gəlir."
Qarşı tərəfin yeni açıqlamasını dərc etməyə hazırıq.

Gürcüstanda qalmaqallı məscid haqda Apellyasiya Məhkəməsi qərar çıxardı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu cür olsaq - görərik heç günah etmirik
    İslamazeri.com-un "Din" rubrikasından:
     22.05.2019
    “İnterpol” xətti ilə axtarışda olan İran vətəndaşı Bakıya gələrkən tutulub
    “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan şəxs Bakıya gələrkən tutulub.
     22.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ