1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:02.08.2019 11:41:01

Gürcüstanda illik inflyasiya 4,6% təşkil edib

Gürcüstanda illik inflyasiya 4,6% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İyul ayında istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,02% azalıb. Aylıq inflyasiya göstəricisi tütünsüz 0,4%-ə bərabər olub. İllik müqayisədə qiymətlərdə 3,9% artım qeydə alınıb.

Ötən ay ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 0,2%, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 4,3%, süd, pendir və yumurtanın qiyməti 3,1%, balığın qiyməti 1,9%, ətin qiyməti isə 1,0% artıb.

Tərəvəzlərin qiyməti 8,1%, meyvə və üzümün qiyməti isə 2% ucuzlaşıb.

İllik inflyasiyaya gəlincə, qonşu ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 7,9%, alkoqollu içkilər və tütünün qiyməti 13,7%, nəqliyyat xərcləri 3,9%, istirahət xərcləri 5,6%, səhiyyə xərcləri isə3,5% artıb.


Gürcüstanda ərzaq məhsulları bahalaşdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda müəllimlərdən 200 manat pul yığması direktoru işindən etdi...
    53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb.
     24.01.2020
    İşgəncə iddiaları ilə bağlı Baş Prokurorluqdan RƏSMİ AÇIQLAMA
    Prokurorluq İlkin Süleymanova işgəncə verilməsi xəbərinə münasibət bildirib
     24.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ