1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:03.06.2019 12:29:12

Bu ilin birinci rübündə Gürcüstana səfər edən azərbaycanlı turistlərin orta xərcləri 265,1 lari (95 dollar) təşkil edib.

Bu ilin birinci rübündə Gürcüstana səfər edən azərbaycanlı turistlərin orta xərcləri 265,1 lari (95 dollar) təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rüblük araşdırmasında bildirilib.

İllik müqayisədə azərbaycanlı turistlərin qonşu ölkədəki orta xərcləri 135,9 lari (48 dollar), rüblük müqayisədə isə 79,9 lari (28 dollar) azalıb.

Hesabat dövründə Azərbaycan vətəndaşları Gürcüstanda ən az pul xərcləyən turistlər olub.

Araşdırmaya əsasən, yanvar-mart aylarında Gürcüstanda ən çox pulu (1 135 lari/408 dollar) Rusiyadan olan turistlər xərcləyiblər. Türkiyə və Ermənistandan olan turistlərin orta xərcləri isə müvafiq olaraq 919,9 lari (330 dollar) və 605,9 lari (218 dollar) təşkil edib.

Qonşu ölkəyə cari ilin I rübündə səfər edən əcnəbi ziyarətçilərin xərcləri, ümumilikdə, 1,2 mlrd. lari (432 min dollar) təşkil edib. Turistlər bir səfər ərzində orta hesabla 890 lari (320 dollar) xərcləyiblər.

Xərclərin 26,2%-i qida və içkilər, 25,7%-i yerləşmə, 18,6%-i mədəni və əyləncə xidmətləri, 13,2%-i alış-veriş, 7,3%-i yerli nəqliyyata, 9,1%-i isə digər xidmətlərə sərf olunub.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 292 902 nəfər səfər edib ki, bu da illik müqayisədə 3% çoxdur. Azərbaycanlı turistlərin 96,7%-i qonşu ölkəyə təkrar, 3,3%-i isə ilk dəfə səfər edib.

Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla 1,5 gün təşkil edib. 


Gürcüstanda ən az pul xərcləyən turistlər azərbaycanlılardır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ