1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:24.08.2020 11:14:51

Gürcüstanın Mtsxeta-Mtianeti diyarının Duşeti rayonunda yerləşən Şatili kəndində mikroavtobus uçurumdan aşıb.

İslamazeri.com xəbər verir ki, qəza nəticəsində 17 nəfər dünyasını dəyişib, 3 nəfər ağır xəsarətlər alıb.

Bu barədə Gürcüstan DİN məlumat yayıb.

Maşın təxminən 80 metr hündürlükdən düşüb.

Şahidlərin sözlərinə görə, mikroavtobus yüksək sürətlə hərəkət edərkən boş yük avtomobilinə çırpılıb və daha sonra aşağı aşıb.

Bundan sonra  Şatili kəndində baş vermiş avtoqəza ilə bağlı 25 avqust Gürcüstanda matəm günü elan edilib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat verib.

Müvafiq sərəncamı Gürcüstan Baş naziri Giorqi Qaxariya imzalayıb.

Sənədə əsasən, matəm günü ilə bağlı Gürcüstanda bütün inzibati binalardakı dövlət bayraqları bir az endiriləcək.


Gürcüstanda ağır yol qəzası, matəm elan olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020
    Məğlubiyyət daha bir yüksək rütbəli məmuru yıxdı: Ermənistanın müdafiə naziri də istefa verdi
    Bu barədə “Aravot” qəzeti öz mənbələrinə istinadən məlumat verib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ