EURO 1,9997 NEFT 57,48
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.08.2017 09:51:47

Bu dəqiqələrdə Azərbaycan-Gürcüstan sərhədində bir neçə kilometrlik tıxac yaranıb.

İslamazeri.com xəbər verir ki, bu barədə BakuPost.az-a sərhəddə gözləyən Azərbaycan vətəndaşları məlumat verib. Onlar bildirib ki, səhər saatlarından bu vaxta kimi Qırmızı körpüdə növbədə dayanıblar. Buna səbəb kimi Azərbaycan tərəfinin nəzarət buraxılış məntəqəsində bitib-tükənməyən yoxlamalar, əməkdaşların ləng fəaliyyəti göstərilir. Gürcüstana dincəlməyə gedən əhali istirahət həvəsinin burunlarından gəldiyini bildirir: "Qadın, uşaq, hamı səhərdən tıxacda oturub. Gürcüstan tərəfi bizdəki bu qədər yoxlamalara və növbəyə gülür. İnsanlara əzab verirlər. Yük daşıyan "Qazel"lər üçün orta yol var. Gəlib rahat keçirlər. İstirahətə öz avtomobili ilə gedənləri isə belə zülmə düçar edirlər. Yoxlamalarına bir şey demirik, qanun belə deyirsə, olsun. Amma ya işçinin sayını artırsınlar, ya da başqa bir yol düşünsünlər. Belə olmaz axı..."

Qeyd edək ki, gürcüstan sərhəddində belə anormal, dözülməz vəziyyətə tez-tez rast gəlinir.


Gürcüstan sərhədində böyük tıxac - “Bizə zülm edirlər” - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Məhbuslara görə tutulan rəis generalın qohumudur
    Bakıda məhbusların qaçması faktı ilə bağlı istintaqa cəlb edilən şəxslərdən biri - qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.
     24.10.2017
    Suriyanın mərkəzində İŞİD-ə məxsus bomba zavodu aşkar edilib - VİDEO
    Terrorçular məğlub olaraq geri çəkilərkən müəssisəni tərk etməli olublar.
     24.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ