EURO 2,0152 NEFT 63,74
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.03.2017 09:20:48

Ruhanilər Heyətinin bir neçə üzvü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ilə birgə Nazirlər Kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri və əməkdaşları ilə görüş keçirib

İslamazeri.az xəbər verir ki, dünən Ruhanilər Heyətinin bir neçə üzvü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ilə birgə Nazirlər Kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri və əməkdaşları ilə görüş keçirib.

Görüşdə ölkə müsəlmanlarını narahat edən müəyyən məsələlər, orta məktəbin dərslik tarix kitablarında dinimizlə bağlı müəyyən yanlış məlumatların olması, məscidlərin qeydiyyat və mülkiyyət məsələləri müzakirə olundu və digər dini sahədə mövcud olan problemlər haqda dövlət qurumu məlumatlandırılıb.

BGMİnin şeyxi Hacı Ramin İgidov müəyyən dini məsələlərin həlli sahəsində fikirini bildirib, təklif və rəylərini bildirib.

Dini icmalar və və dövlət arasında vasitəçi orqan olan Dini Məsələlər üzrə Dövlət Agentliyin sədri Zaza Vaşakmadze söylənilən məsələlərə münasibət bildirib sualları cavablandırdıqdan sonra deyib: “Gürcüstanda dini icmaların öz dinlərini azad və daha rahat şəraitdə yaşamaları üçün müəyyən işlər görülüb. Dövlət ölkədə sayca ikinci dinə mənsub olan müsəlman vətəndaşlarına diqqət və qayğısını bundan sonra daha da artıracaqdır”.

O az zamanda çox işlər görülsə də yenə həllini tapmamış müəyyən problemlərin olduğunu vurğulayıb. Müzakirə olunan məsələlərin tez zamanda həll olunması istiqamətində çalışacaqlarını söyləyib. Dini Agentliyin birbaşa səlahiyyətində olmayan məsələlərin isə aidiyyatı orqanlara çatdıraraq, həlli istiqamətində səy göstəriləcəklərini bildirib.


Gürcüstan Ruhanilər Heyətinin bir neçə üzvü Nazirlər Kabinetində olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ