1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.12.2019 23:49:16

Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) mərkəzi binasında 2019-cu ilin hesabatı ilə bağlı tədbir keçirilib.

Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) mərkəzi binasında 2019-cu ilin hesabatı ilə bağlı tədbir keçirilib.
İslamazeri.com xəbər verir ki, tədbirdə Azərbaycan, İran və Türkiyə səfirlik nümayəndələri və din xadimləri iştirak edib.
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan tədbirdə İdarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, Qərbi Gürcüstan müftisinin nümayəndəsi Cemal Adadze, Azərbaycanın ölkəmizdəki səfirliyinin əməkdaşı Sərxan İsmayılov, Əlmustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zare, Türkiyənin ölkəmizdəki səfirliyinin din müşaviri Hacı Ahmed Erdem, İdarənin əməkdaşları olan dəyərli ruhanilər Hacı Kamran Məmmədov və Hacı Etibar Eminov və başqaları çıxış edib.
Çıxış edənlər müsəlman icmasına dövlətin diqqət və qayğısından, dövlət din münasibətlərindən, və ölkədə dinlər və məzhəblərarası xoş münasibətlərin inkişafından danışıblar. Onlar diqqət, qayğı və dəstəyindən dolayı Gürcüstan dövlətinə təşəkkür ediblər.
Çıxışlarında Gürcüstan Müsəlmaları İdarəsinin fəaliyyətini yüksək qiymətləndirən qonaqlar bundan sonra da hər növ əməkdaşlığa hazır olduqlarını dilə gətiriblər.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov cari il ərzində idarə tərəfindən görülmüş işlər və proqramlar haqqında projektorla nümayiş etdirərək məlumat verib.
Hesabat məruzəsi ilə çıxış edən R.İgidov son illər ölkədə bir neçə yeni məscid inşası, 34 məsciddə isə təmir işlərinin həyata keçirildiyini və bir çox məscidin müəyyən ehtiyaclarının təmin olunduğunu bildirib.
BGMİ şeyxi idarənin nəzdində 4 sayt və iki internet televiziyanın fəaliyyət göstərdiyini və bu günə qədər 1000-dən çox verilişin yayımlandığını, il ərzində 28 yeni kitab, müxtəlif qəzet, poster və jurnalların iri tirajlarda nəşr etdirildiyini qeyd edib.
Bu il idarə həmçinin 70 məscidin təmmənnasız qazla təmin olunması üçün “SOCAR Georgia Gas” şirkəti ilə müqavilə imzalayıb. BGMİnin şeyxi bu il idarə tərəfindən həyata keçirilmiş xeyriyyə və digər tədbirlər barədə də məlumat verib. O, bütün dini bayram və mərasimləri qeyd etməklə yanaşı cari ildə 12 konfrans, 13 seminar, 2 Quran və 6 kitaboxuma yarışı və bir neçə təlim proqramlarının həyata keçməsindən də danışıb.
O çıxışının sonunda dini sahədə müəyyən problemlərin mövcud olduğunu qeyd edərkən əsasən məscidlərin tikilişində yaranan problemlərə də toxunub. Ölkənin müsəlman vətəndaşların ibadətetmə haqlarının təmin olunması üçün ehtiyac olan yerlərdə yerli İdarəetmə orqanlarının əhalinin istəyini nəzərə alıb yeni məscidin tikilişinə müsbət rəy verməsinin vacib olduğunu bildirib.
Sonda bu illər ərzində Gürcüstan Müsəlmanları İdarəsi ilə əməkdaşlıq edən xarici və yerli dini təşkilatlara minnətdarlığını bildirib.


Gürcüstan Müsəlmanları İdarəsi bir illik hesabatını açıqladı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb - VİDEO
    İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var
     26.01.2020
    Tramp Zərifin hansı təklifinə
    İranın XİN rəhbərinin Spigel jurnalına müsahibəsində səsləndirdiyi fikirlərə Tramp cavab verib.
     26.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ