EURO 1,9202 TRY 0,2949
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.02.2019 11:54:02

Erməni separatçıya abidənin qoyulması Azərbaycan və Gürcüstan ictimaiyyətinin etirazlarına səbəb olub.

Azərbaycanda dinc əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mikail Avakyana Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olub. Ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası önündə azərbaycanlılar, gürcülər, Abxaziya müharibəsi veteranları və ziyalılarla birlikdə keçirdikləri etiraz aksiyası narazılığın ciddi olmasından xəbər verirdi. Onlar Gürcüstanın separatizmdən əziyyət çəkdiyini və belə bir zamanda bir separatçıya Gürcüstan ərazisində abidə qoyulmasını kəskin pislədilər və bunun birbaşa Gürcüstana zidd olduğunu bəyan etdilər.

İslamazeri.com xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Gürcüstan hökuməti etirazların geniş vüsət almasından, həmçinin, rəsmi Tbilisinin də Abxaziya və Cənubi Osetiya münaqişələrində separatizmdən zərər çəkdiyini nəzərə alaraq Mixail Avaqyannın Buqaşen kəndindəki büstünü götürmək qərarına gəlib.

Bundan xəbər tutan öyrədilmiş və Gürcüstanda aranı qarışdırmaq istəyən ermənilər heykəlin gecə ilə götürülməsindən narahat qalaraq büstün qarşısında keşik çəkməyə başlayıblar. Məlumata görə, onlar öz aralarında növbə bölgüsü edərək separatçının büstünü gecə-gündüz qorumaq qərarına gəliblər.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulub. Erməni separatçıya abidənin qoyulması Azərbaycan və Gürcüstan ictimaiyyətinin etirazlarına səbəb olub.

İslamazeri.com


Gürcüstan höküməti QƏRAR verdi: Azərbaycanlıların qatilinin büstü götürüləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübariz Mənsimovdan onun haqda sifarişli yazı yazanlara və yazdıranlara SƏRT SÖZLƏR
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, bu haqda sosial şəbəkə profilindən tanınmış iş adamı Mübariz Mənsimov özü status paylaşıb, bunu bəzi saytlar xəbər kimi yayıblar...
     18.04.2019
    Keçmiş bələdiyyə sədrinin ibtidai istintaqı başa çatıb
    Göygöl rayonu, Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
     18.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ