1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.11.2019 12:44:05

Noyabrın 21-də axşamadək Tbilisi Şəhər Məhkəməsi daha 25 etirazçı ilə bağlı qərar verməlidir.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, Gürcüstan məhkəməsi 10 müxalifətçini 4 gündən 13 günədək inzibati həbsə məhkum edib. Onlar bu həftənin əvvəlində hökumətə qarşı etiraz aksiyası zamanı hüquq-mühafizə əməkdaşlarına müqavimətdə ittiham olunurlar.

Noyabrın 21-də axşamadək Tbilisi Şəhər Məhkəməsi daha 25 etirazçı ilə bağlı qərar verməlidir.

Noyabrın 18-də parlament binası qarşısına minlərlə nümayişçi yığışıb, növbədənkənar seçki tələb edib. Buna deputatların proporsional seçkiyə keçidi rədd etməsi səbəb olub. Noyabrın 21-də bir qrup fəal simvolik olaraq məhkəmələrin giriş qapılarını qıfıllamağa çalışıblar.

Müxalifət partiyalarının fikrincə, Gürcüstanın seçki sistemi hakim Gürcü Arzusu partiyasının xeyrinədir.

Mövcud qarışıq sistemin gələn ildən proporsional sistemlə əvəzlənməsi tələb olunurdu və bu tələb iyun-iyulda Tbilisidə etirazlarda da səsləndirilirdi.

Gürcü Arzusu partiyası milyarder qurucusu və lideri Bidzina Ivanişvili ilə birlikdə bu islahatı dəstəkləyirdi. Ancaq parlament noyabrın 14-də konstitusiyaya dəyişikliyi qəbul etmədi.

Birləşmiş Ştatlar və Avropa Birliyi Gürcüstan hökumətini, siyasi partiyaları və vətəndaş cəmiyyətini “dinc və sayqılı dialoq” aparmağa çağırıb.


Gürcüstan etirazlarında müxalifətçilər həbs edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Amerikalı jurnalistin muzdlularla bağlı sualına Azərbaycan Prezidentinin maraqlı cavabı
    İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
     25.10.2020
    Düşmənin döyüş texnikaları belə məhv edilərək geri çəkilməyə məcbur oldu - VİDEO
    Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.
     25.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ