1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.06.2018 03:21:27

Ötən illərdə olduğu kimi bu axşam da Gürcüstanın Baş naziri tərəfindən iftar süfrəsi təşkil olunub.

İslamazeri.com xəbər verir ki, ötən illərdə olduğu kimi bu axşam da Gürcüstanın Baş naziri tərəfindən iftar süfrəsi təşkil olunub. İftar süfrəsində ölkənin müxtəlif yerlərindən din və icitamiyyət xadimləri, nazirlər və hökümət nümayəndələri, parlament üzvləri, Acarıstan Muxtar Vilayətinin hökümət başçısı, Kvemo Kartli qubernatoru, müsəlmanların sıx yaşadığı şəhərlərin bələdiyyə sədrləri, müsəlman ölkələrinin ölkəmizdəki səfirləri, Azərbaycanın Diaspora komitəsinin sədr və nümayəndə heyəti və digər qonaqlar bir araya gəliblər.

 Öncə məclisi açıq elan edən Dini Məsələlər üzrə Dövlət Agentıiyinin sədri Zaza Vaşakmadze müsəlmanları mübarək Ramazan ayı münasibəti ilə təbrik edib.

Gürcüstanda dövlətin dinlərə və xüsusi ilə İslam dininə qayğı və diqqətini dilə gətirdi, görülən işlər haqqında ətraflı məlumat verən agentliyin sədi,  Acara Hökümət başçısının dəstəyi və Gürcüstan Müsəlmanlar İdarəinin əməkdaşlığı ilə yaxında Batumidə yeni məscidin tikilişinə başlanmasını bildirib.

Sonra müəyyən üzürlü səbəblərdən dolayı bu ilki iftar məclisində iştrak edə bilməyən Baş nazirin sözlərini ölkə naziri Sozar Subari çatdırıb.

 Öncə müsəlmanları qarşıdan gələn Ramazan ayı münasibəti ilə təbrik edən baş nazir sözlərində bu ayın müsəlmanlar arasında çox dəyərli və dərin anlamlı olduğunu qeyd etmişdi. Tanrıya qayıdış, paklıq, xeyirxahlıq və insanpərvərliklə tanınan bir ay olduğunu vurğulamışdı. Ölkə vətəndaşları olan müsəlmanların ölkənin rifah, inkişaf və qorunmasında əllərindən gələni etmədiklərini və daim ölkənin siyasi, icitmai həyatında müsbət rola malik olduqlarını çatdırmışdı.

İftar axşamında çıxış edən şeyx və müftilər Ramazan ayı münasibətilə müsəlmanlara göstərilən diqqət və qayğıya görə baş nazirə və rayon rəhbərliklərinə minnətdarlıqlarını bildirdilər. Son dövrlərdə dövlət və dinlər arasında tolerantlıq və əlaqələrin genişlənməsinə toxunan din rəhbərləri dövlətin müsəlmanlara ayrıdığı vəsait hesabına bir çox məscidlərin təmir olunduğu və dini ehtiyacların qarşılanmasını qeyd etdilər. Ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əminamanlıq arzuladılar. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərk, tutulan orucların edilən dua və ibadətlərin qəbul olmasını dilədilər. Dua oxunmaqla bitən məclisin sonunda dövlət rəsmiləri və din xadimləri birgə xatirə fotoları çəkdirdilər.


Gürcüstan baş nazirliyi iftar süfrəsi təşkil edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 12 min ziyarətçi Ərbəin yürüşü üçün Azərbaycandan İrana daxil olub
    Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ