EURO 1,9314 NEFT 60,39
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.02.2018 15:47:36

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov "böyük əfv sərəncamı"ndan danışıb

İslamazeri.com xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov böyük əfv sərəncamının olmasından danışıb.
  "Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir, amma deyə bilərəm ki, bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir”, - deyə o bildirib.
Qeyd edək ki, bu il ölkədə həm əfv sərəncamı, həm də amnistiya aktının imzalanması haqqında ictimaiyyətdə müzakirələr gedir. Düzdür, bir ildə həm əfv, həm amnistiya verilməsinə nadir hallarda rast gəlinir. Bu baxımdan bu il belə bir qərarın mümkünlüyü barədə danışılır.  Əfv Komissiyasının iclaslarının son günlərdə intensivləşməsi gələn ay sərəncamın veriləcəyi ehtimallarını artırır.
İslami Camiədə belə bir sual meydana gəlir; ruhani və dindarlar siyahıya düşə bilərlərmi?
Qeyd edək ki, öncəki illərdə əfv sərəncamında belə hallara rast gəlinib. 2012-ci ildə 2 ruhani, 4 dindar azad edilib. Bundan əvvəl də, islamçıların böyük əfv sərəncamı ilə azad edilməsi faktı olub. AİP-in ilk sədri 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub, 1999-cu ilin noyabr ayında əfv sərəncamına düşüb. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı yenidən həbs edilərək, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə ikinci dəfə əfv sərəncamı ilə azad olunub.

Bu günlərdə Əfv Komissiyanın iclasları keçirilir və  əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Novruz bayramı və ya 10 may(red: Heydər Əliyevin ad günü) ərəfəsində imzalanması ehtimal edilir.  Hüquq müdafiəçisi Sədaət Bənənyarlı da bir neçə gün öncə əfv yazmayacaq şəxslərin də əfv siyahısına salınacağına dair fikirlər də səsləndirmişdi. Lakin bəzi rəsmilər bu məsələnin mümkün olmadığını bildirirlər.

Onu da qeyd edək ki, aprel-may aylarında həbs müddətinin bitməsilə əlaqədar 17 nəfər inanclı həbsdən azad ediləcək.

 

Həbsxanadakı islamçıların siyahısı:
 

1.Mövsüm Səmədov (Ruhani) - 12 il (AİP-ə qarşı keçirilən əməliyyatda həbs olunub)

2. Abgül Süleymanov (Ruhani) - 11 il (Ləğv edilmiş MTN tərəfindən həbs olunub)

3. Fəraməz Abbasov (Ruhani) - 11 il (AİP-ə qarşı keçirilən əməliyyatda həbs olunub)

4. Araz Quliyev (Jurnalist) - 8 il (Masallı dindarları ilə birlikdə həbs olunub)

5. Nicat Əliyev (Jurnalist) - 10 il 2 ay (Evrovisiona etiraz edənlərlə birlikdə həbs olunub)

6. Axundzadə Ruhulla - 11 il 6 ay (AİP-ə qarşı keçirilən əməliyyatda həbs olunub)

7. Məmmədrzayev Firdovsi - 10 il (AİP-ə qarşı keçirilən əməliyyatda həbs olunub)

8.Səmədov Dəyanət - 10 il (AİP-ə qarşı keçirilən əməliyyatda həbs olunub)

 

"Eurovision" öncəsi həbs edilənlər

9. Valeh Abdullayev - 8 il

10.Camalov Qorxmaz - 7 il

11.Hüseynov Elimxan - 7 il

12. Hüseynov Samir - 6 il

13. Nəsirov Elvin - 9 il

14.Səfərli Ceyhun - 10 il

 

 

Masallı dindarları

15. Ziya Tahirov - 7 il

16. Rza Ağalı - 7 il

17. Xalid Kazımov - 8 il

 

 

5 oktyabrda keçirilən "Hicaba azadlıq" aksiyasında həbs olunanlar

18. Ağadadasov Tərlan - 5 il 6 ay

19. Davud Kərimov - 6 il,

20 Telman Şirəliyev - 6 il,

21. İlham Hətəmov - 5 il 6 ay

22. Rövşən Allahverdiyev - 5 il 6 ay

23. Elşad Rzayev - 6 il

 

Nardaran hadisələri zamanı Tale Bağırzadə və onunla birlikdə həbs olunanlar

24. Taleh Bağırov - 20 il (ilk 7 ili qapalı tipli həbsxana)

25. Abbas Hüseyn - 20 il (ilk 7 ili qapalı tipli həbsxana)

26. Cabbar Cabarov - 19 il

27. Rasim Cəbrayılov - 17 il

28. Ramin Yarıyev - 10 il

29. Zakir Mustafayev - 14 il 6 ay

30. Cahad Babakişizadə - 14 il 6 ay

31. Aqil Quliyev - 14 il 6 ay

32. Abbas Quliyev - 14 il 6 ay

33. İbrahim Xudaverdiyev - 14 il 6 ay

34. Etibar İsmayılov - 14 il 6 ay

35. Bəhruz Quliyev - 14 il 6 ay

36. Əli Nuriyev - 14 il 6 ay

37. Əlibala Vəliyev - 14 il 6 ay

38. Fərhad Balayev - 14 il 6 ay

39. Abbas Tağıyev - 14 il 6 ay

 

Nardaran hadisələri zamanı sonradan həbs olunanlar

40. Rüstəmov Əlizöhrab Əmirhüseyn oğlu- 2 il, 6 ay.

41. Məmmədov İntiqam Həmdi oğlu -2 il 6 ay

42. Qasımov Əliağa Mahmud oğlu- 2 il, 6 ay

43. Bünyatov Rasim Sərvər oğlu- 2 il, 6 ay

44. Ağayev Seyyidəli Ağakərim oğlu- 2 il, 6 ay.

45. Əliyev Əli İsməli oğlu- 4 il.

46. Qurbanov Ələkbər Tofik oğlu- 2 il, 6 ay

47. Cabbarov Hilal Babaəli oğlu- 2 il, 6 ay

48. Nuriyev Akif Arif oğlu  2 il, 6 ay

49. Quliyev Rahil Qulməmməd oğlu- 2 il, 6 ay

50.. Tağıyev Savanşir Məlik oğlu- 2 il, 6 ay

51. Qədirov Nadir Əbdülağa oğlu- 2 il, 6 ay

52. Quliyev Məmmədhənifə Əbdülrəhman oğlu- 2 il, 6 ay

53. Şahbazov Atabala Şahbaz oğlu- 2 il, 6 ay

 

Sabuncu polisinin qarşısında etiraz edənlər

54. Rzayev Sahil Xalid oğlu 6 il 5 ay 15 gün

55.Vəliyev Niftəli Əşrəf oğlu 5 il 11 ay 10 gün

56.Əliyev Anar Yusif oğlu 5 il 11 ay

57.Bünyadov Elvin Hatif oğlu 6 il 1 ay 15 gün

58.Əhmədov Lətif Süleyman oğlu-5 il 11 ay 20 gün

59. Osmanov Teymur Adilxan oğlu 5 il 11 ay 15 gün

 

MTN tərəfindən həbs olunan

60. Elşən Mustafaoğlu - 10 il

 

DTX tərəfindən həbs olunanlar və məhkəməsi gedənlər:

61. İnqilab Əhədli (AİP-in sabiq sədr müavini) 5 il həbs

62. Natiq Kərimov (ev dustaqlığında)

 

Nardaran hadisələri zamanı həbs olunan, lakin hökm oxunmayanlar (istinaq və məhkəmə prosesi gedənlər); ittihamda adları MHB-nin idarə heyəti və üzvləri kimi göstərilənlər

63. İlahiyyatçı Elçin Qasımov-  15 il

64. Nahid Qəhrəmanov - 13 il

65.İlahiyyatçı Elgün Axundov - 12 il 6 ay

66.Vüsal Nadiroglu - 12 il 6 ay

67. İlahiyyatçı Seyfəddin Şirvanov - 12 il 6 ay

68. İlahiyyatçı İsa İbrahimov - 12 il 6 ay

69.İlahiyyatçı Fərhad Mirzə Muradov - 12 il 6 ay

70. İlahiyyatçı Ramil Əliyev - 12 il 3 ay

71. Ağaəli Yəhyayev - 15 il

 

Nardaran hadisələrindən sonra Bakı və bölgələrdə keçirilən əməliyyatlar zamanı həbs olunanlar:

72. İlahiyyatçı Ağayev Elman - 15 il

73. İlahiyyatçı Mikayılov Zülfüqar - 17 il

74. Aslanov Seymur - 12 il 3 ay

75. Babayev Mötəbər - 2 il 6 ay

76. Cabbarov Elnur (Sosial şəbəkədəki yazısına görə saxlanılıb və bu işə qatılıb)

77. Əliyev Cabir ( 1 dekabr 2015- ci ildə Gəncədə həbs olunub) - 14 il

78. Həbibov Sahib - 

79. Həsənov Elxan - 12 il 3 ay

80. Hüseynov Əli Hümət oğlu - 12 il 3 ay

81. İbrahimov Mübariz ( 1 dekabr 2015- ci ildə Gəncədə həbs olunub) - 13 il

82. İsmayılov Ruzi ( 1 dekabr 2015- ci ildə Gəncədə həbs olunub) - 15 il

83. Seyfullayev Ramil ( 1 dekabr 2015- ci ildə Gəncədə həbs olunub) -13 il

84.  Şahbazov Əli - 12 il 3 ay

85. Məmmədov Həsən - 12 il 3 ay

86. Bünyatov Eldar - 12 il 3 ay

87. Quliyev Mehman - 13 il

88. Məmmədov Mehman - 12 il 3 ay

89. Əliyev Əmirəli - 12 il 3 ay

90. Bəhramov Nahid Nəsib oğlu (Cəbrayıl sakini, 23 dekabr 2015 ci ildə həbs olunub)

91. İlahiyyatçı Məhəmmədəli Axundzadə (28 dekabr 2015- ci ildə Astarada həbs olunub, atası AİP liderilə birlikdə həbs olunan Rufullah Axundzadədir) - 5 il 6 ay

92. Vüqar İsmayılov (Lənkəran)  - 6 il 6 ay

93. İlahiyyatçı Qismət İsayev (Lənkəran) - 7 il

94. Faiq Allahverdiyev - 13 il

 

95. Nəzərov Azər Mirzağa oğlu (2012-də MTN tərəfindən həbs olunub) -12 il

96. Fariz Bayramov (2012-də MTN tərəfindən həbs olunub) - 11 il

 

97. Əhsən Nuruzadə (MBH üzvüdür, 234.4 maddəsilə həbs olunub)

98. Samir Babayev (MBH üzvü olduğu bildirilir, 234.1 maddəsilə həbs olunduğu bildirilir)

99. Elxan İsgəndərov (MBH üzvü, sonradan həbs olunub)

100. Əbülfəz Bünhaydov (MBH üzvü, Nardarandakı əməliyyat zamanı iflic olduğuna görə polis nəzarətində ev dustağlığında saxlanılır)

101. Emin Əliyev (MBH üzvüdür)

 

102. İlahiyyatçı Sərdar Hacıhəsənli Babayev - 3 il

 

P.S. Siyahı İslamazeri.com tərəfindən hazırlanıb.


Gündəmdə "böyük əfv" var; Sərəncam dindarlara aid ediləcəkmi? - Həbsdəki İslamçıların SİYAHISI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman uşaq ümumdünya riyaziyyat turnirinin qalibi oldu
    Turnirdə 80 ölkədən olan 12 mindən çox insan toplaşıb
     14.12.2018
    Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxıb
    Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apellyasiya şikayətini təmin etməyib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ