EURO 1,9254 NEFT 60,52
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:07.04.2018 11:20:58

Əgər insan düz yoldan və siratəl-müs­təqimdən çıxsa, xəsislik, hərislik, paxıllıq, tamah, şöhrət, şəh­vət və sairə xəstəliklər burulğanına düşər

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Kim əlində mal ol­ma­dan ehtiyacsız, qohum-əqrəbası və qulluqçusu olmadan əziz və möh­tərəm, ictimai  qüdrət və vəzifə ba­şında olmadan əzəmətli və mətanətli olmaq istəyirsə, özünü günah və itaətsizlik xar­lı­ğın­dan çıxarsın və öz Rəbbinə itaət izzətinə birləşdirsin».

Əlbəttə, heç şübhəsiz ki, mal insanı ehtiyacsız edir, qohum-əq­rəbası olmaq insanın izzət və ehtiramını artırır, ictimai qüd­rə­tə malik olmaq insanın əzəmətini çoxaldır. Lakin bunların ha­mı­­sı maddi vasitələr olduğu üçün məhduddur. Yəni bütün in­san­lar onları hər şeydən ehtiyacsız edəcək qədər mala malik ola bilmirlər. Həmçinin hamının o qədər yaxşı qohum-əqrəbası ol­mur ki, o, həmin qohum-əqrəbanın sayəsində və onların hi­ma­yəsi nəticəsində hörmətli həyat yaşasın, məhdudluğu labüd olan və yalnız müəyyən şəxslərin ixtiyarında olması mümkün olan ictimai qüdrətlər onların əlində olsun. Lakin bir növ eh­ti­yac­sızlıq, izzət və əzəmət var ki, Allah-taala onu insanların ha­mı­sının arasında bərabər şəkildə bölüb və ondan hamı ya­rar­la­na bilər, sadəcə bir az agahlıq və zəhmət tələb edilir. Bu, hə­yat­da Allahı tanımaq, təqva və dindarlıq əsasında möhkəm prin­sip­lərin əldə edilməsidir. Əqidəyə, məsləkə, əxlaqi və mənəvi şəx­siyyətə malik Allahı tanıyan, təqvalı və pak ruhlu insana is­tər-istəməz hamı hörmət edir və onu hamı sevir. O, sevilməklə ya­naşı, əzəmət, cəlal və heybətə də malik olur, eyni zamanda, eh­tiyac hiss edəndə bütün insanları özü kimi və öz qardaşı he­sab edir, özünü insanların həyat və xoşbəxtliyinə şərik bilir. Bə­li, maddi nemətlər məhduddur və bölünmüşdür. Əgər insanın ar­zularının əsası maddi ehtiyaclar olsa, heç vaxt onları əldə edə bil­məyəcək. Çünki hansı arzusuna çatsa, gözünün qarşısında da­ha böyük arzu canlanacaq və o, daim iztirab və nigaranlıq hiss edəcək, heç vaxt xoşbəxtliyin rəmzi olan xatircəmlik və ra­hat­lıq əldə edə bilməyəcək. Lakin mənəvi işlər insanı qane edir və ona rahatlıq və xatircəmlik gətirir. Buna görə də böyük şəx­siy­yətlər deyiblər ki, puç dünya arzuları şor su kimidir. Şor su in­sanın susuzluğunu nəinki yatırtmır, əksinə, onun susuzluğunu da­ha da artırır və insan ondan daha da çox içir və sonda hə­min su onu öldürür: 
Eşitmisən ki, Qur səhrasında bir başçının yükü mi­nik­dən düşdü; 
dedi: «dünyapərəstin ac gözünü ya qənaət dol­du­rar, ya da qəbrin torpağı».
   


Böyük şəxsiyyətlər bunları bizi tamah və hərislik bu­rul­ğa­nın­dan çıxarmaq və bizim həyatımızı düzgün və xoşbəxt prinsiplər üzə­rində nizamlamaq üçün deyiblər. Onların məqsədi bu mə­sə­lələri deməklə, bizi həyatın qanunlarına laqeyd etmək və nə­ti­cədə, bizim tənbəlləşməyimiz və heç bir işə qol qoy­ma­ma­ğı­mız deyil. İnsan həyatın bu əzəmətli dəryasında hərəkət etməli və nəzərdə tutulan sahilə çatmalıdır. Lakin ağıl və elm gə­mi­si­nin müntəzəm hərəkət etməsi bir məsələdir, hərislik, tamah pa­xıl­lıq, rəqabət və kin burulğanına düçar olmaq başqa bir mə­sə­lə. Dənizin ortasında burulğana düşən və suyun böyük qüd­rə­ti­nin fırlatdığı şəxs də hərəkətdədir, lakin bu hərəkət nicat sa­hi­li­nə doğru deyil, məhvə doğru hərəkətdir. Müqəddəs pey­ğəm­bər­lər silsiləsinin onun ilk və ən yaxşı bələdçiləri olduğu həyat prin­sipi və düzgün həyat yolunda hərəkət etmək, insanın hə­ris­lik və tamah burulğanına düşməsindən, heç bir düzgün hədəfə ma­­l­­ik olmadan dəlicəsinə sərvət toplamaqla məşğul ol­ma­sın­dan ayrıdır. Bu cür sərvət toplamaq ictimai hüququ, cəmiyyətin hü­quqlarını pozmaq baxımından günah olmaqdan əlavə, fərdi və şəxsi baxımdan da əzab, bədbəxtlik və çətinliklərə qat­laş­maq­dan başqa bir şey deyil. Çünki bir ömür zəhmət çəkib mə­şəq­qətlərə qatlaşaraq bütün vaxtını sərvət toplamağa sərf edən şəxs daha özünə mütaliə etmək, dünya teatrına tamaşa etmək, hə­yatın məna və ruhundan bir şey dərk etməyə vaxt saxlamır. O, hətta həmin maldan maddi istifadə etməyə də vaxt tapmır. De­məli, əslində, bu adamın payı bir əzab-əziyyətlər olur, bir də axi­rət məşəqqət və məsuliyyətləri. 

Həzrət Əli (ə) buyurur ki, bəzi adamlar təəccüb doğururlar. On­lar dünyada xəsislik, simiclik ucbatından yoxsullar kimi ya­şa­yan, amma axirətdə varlılar kimi «haradan gətirdin?», «nə üçün topladın və xərcləmədin?» yaxud «nə üçün filan puç işə xər­clədin?» soruşularaq hesabat verməli olan kəslərdir. Ma­raq­lı­dır ki, onlar simiclik, xəsislik edərək, qorxduqları yoxsulluğa da­ha tez düçar olurlar və sevdikləri zənginlikdən gün-gündən uzaq­laşırlar. Çünki yoxsulun zəngindən fərqi budur ki, yoxsul yax­şı yeməklər yemir, zəngin isə yaxşı yeməklər yeyir, yoxsul yax­şı paltar geyinmir, zəngin isə geyinir, yoxsulun yaxşı evi və do­lanışıq üçün yaxşı şərait qurmaq imkanı yoxdur, zənginin isə var. Maraqlıdır ki, bəziləri çoxlu mal və sərvətə malik olsalar da, xəsislik,  simiclik ucbatından nə yaxşı yeyirlər, nə yaxşı ge­yi­nirlər, nə də özlərinə dolanışıq üçün yaxşı şərait qururlar. Bu­na görə deyirik ki, onlar malları olsa da, yoxsulluq içində ya­şa­yır­lar və zənginlikdən çox-çox uzaqdırlar. 

Bəli, buna görə deyirik ki, əgər insan düz yoldan və siratəl-müs­təqimdən çıxsa, xəsislik, hərislik, paxıllıq, tamah, şöhrət, şəh­vət və sairə xəstəliklər burulğanına düşər. Bəşəriyyətin bö­yük şəxsiyyətlərinin məqsədi bizi Allahın nemət və bəx­şiş­lə­rin­dən məhrum etmək olmayıb, əksinə, onlar bizim əlimizdən tu­tub, bizi burulğanlardan qurtarmaq istəyiblər. 

Şəhid Murtəza Mütəhərrinin "Hikmətlər və nəsihətlər" kitabından.


Günahın xarlığı və itaətin izzəti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İmam Sadiq (ə) buyurur: “Bizim tərəfdarlarımızı üç şeydə sınayın...”
    Hədislərdə var: Hədislərlə qəlbinizi dirildin...
     12.12.2018
    Ərdoğan: Heç kim Türkiyəyə insan haqları dərsi verməyə cəhd etməsin
    Ərdoğan Fransa hadisələri üzərindən tənqid etdiyi Qərbə bundan sonra demokratiya və insan haqlarından söz etməmələrini istədi.
     12.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ