EURO 1,9963 NEFT 51,11
USD 1,7008 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:17.02.2017 21:25:36

İran İslam Respublikasında keçirilən sərbəst güləş üzrə böyüklər arasında Dünya Kubokunun qalibi müəyyənləşib.

3.Göz

İslamazeri.az xəbər verir ki, İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə böyüklər arasında Dünya Kubokunun qalibi müəyyənləşib. Birinci yeri İran, ikinci yeri ABŞ, üçüncü yeri isə Azərbaycan güləşçiləri tutub.

Güləş Federasiyamızdan verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparıb və ilk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitirib. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vura biliblər.  Yarımqrupun ikinci görüşündə isə  yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə yenə bilib. Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 üstün ABŞ idmançıları finala yüksəlib. 74 kq çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib. 
Yığmamız  digər yarımqrupun ikincisi olan Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxıb. Rəqibə 7:1 hesabla qalib gələn güləşçilərimiz Dünya Kubokunun 3-cü sırada tamamlayıb və bürünc medala sahib olub.

İranın sərbəst güləş üzrə milli komandası cümə günü axşam sərbəst güləş üzrə 45-ci Dünya Çempionatının final mərhələsində Amerika komandasını 5-3 hesabı ilə məğlub edərək, 6-cı dəfə  çempionluq adını qoruyub.


Güləş üzrə Dünya Kuboku: İran 1, ABŞ 2, Azərbaycan 3-cü yeri tutub - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Nicat Turizm" şirkəti zəvvarlar üçün ziyarət səfəri təşkil edir.
     18.08.2017
    Yerli KİV: Əli Həsənov
    Nail Allahverdiyevin məhkəmə qərarından apelyasiya şikayəti verməməsi, baş nazirin müavininin nəvəsinin işini daha da ağırlaşdıra bilər
     18.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ