EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:21.05.2019 09:44:19

Zaqatalada fərdi yaşayış evini, Şəkidə isə irigövdəli ağacı ildırım vurub.

Zaqatalada fərdi yaşayış evini, Şəkidə isə irigövdəli ağacı ildırım vurub.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 20-də axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgədə fasilələrlə qısamüddətli leysan yağışı yağıb, bəzi ərazilərə dolu düşüb. Gecə saat 01:40 radələrində Zaqatala rayonunun Dardoqqaz kəndində kənd sakini Qurban Mehdiyevə məxsus, ümumi sahəsi 154 kv/m olan fərdi yaşayış evini ildrım vurub. İldrım vurması nəticəsində evdə baş verən yanğın FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının köməkliyi ilə dərhal söndürülüb. Yanğın nəticəsində evin dam örtüyü 10 kv/m sahədə yanıb.

Qax rayon İcra Hakimiyyətindən ONA-ya verilən məlumata görə, gecə saatlarında rayonda qısamüddətli leysan yağışları olsa da, sel təhlükəsi yaranmayıb. Rayonun İlisu kəndinə qısamüddətli dolu yağıb.

Gecə saatlarında Şəkiyə yağan leysan yağışları nəticəsində şəhər ərazisinin müxtəlif hissələrində ümumilikdə 4 fərdi yaşayış evinin həyətyanı sahəsinə yağış suları dolub, iki minik avtomobili isə yağış suları altında qalıb. Rayonun  Aşağı Küngüt kəndində isə gecə saatlarında hündürlüyü 10 metr, diametri 3 metr olan irigövdəli ağacı ildrım vurub. Ağacın tam yanmasının qarşısı FHN-in Şəki rayon DYMH-nin əməkdaşları tərəfindən dərhal alınıb.


Güclü şimşək Zaqatalada evi, Şəkidə ağacı yandırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp Boltonun yerinə adam tapdı
    O'Brayan bu vəzifədə ötən həftə işdən kənarlaşdırılmış Con Boltonu əvəzləyəcək.
     19.09.2019
    Prokuror Hüseyn Abdullayevə cəza istəyib
    Dövlət ittihamçısı H.Abdullayevin anası Zeynəb Abdullayevin 5 min manat cərimələnməsi istəyib.
     19.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ