EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:23.06.2017 03:29:56

"Geriyə dönəndə güllə səsi eşitdim, qardaşımın cansız bədəni yerə düşdü..."

 - Səid, Səid. Qalx ayağa məktəbə gecikirsən.  Sonuncu dəfə idi ki, anam məni yuxudan oyadırdı.

Gözlərimi açıb anamın üzünə gülümsədim. O da məni bağrına basdı. Yerimdən qalxıb kiçik qardaşım və atamla səhər yeməyinə əyləşdik. Atam həmişəki kimi balaca qardaşımla zarafatlar edirdi. Anamın gözləri kor olduğundan bacım mətbəxdə ona yardım edirdi. Anam gözlərinin nurunu bomba yağışından sonra itirmişdi. O gecə dəhşətli idi. Atam olmasa idi, bəlkə də anam həmin gecənin təsirindən ağlını itirə bilərdi. Qapıdan anam və bacımla sağollaşıb qardaşımla məktəbə yollandıq. Əl-ələ tutub dar küçələrlə gedirdik.

Birdən qarşıdakı küçələrdən partlayış və qışqırıq səsləri eşidildi. Qardaşımın kiçik əllərindən tutaraq biz də səs gələn tərəfə irəlilədik. Bir neçə addım atandan sonra sağa dönəndə qarşımıza nəhəng bir tank çıxdı. Qardaşımla tez divar arxasında gizləndik. Qardaşımın 8 yaşı olmasına baxmayaraq, nə baş verdiyini anlayırdı. Çünki ilk dəfə deyildi ki, belə halla rastlaşırdıq. Tankın asta gəlişinin ardından da silahlı əsgərlər addımlayırdı. Atam tapşırmışdı ki, onların qarşısına çıxmayaq və olduğumuz yerdə gizlənək. Mən də tam təhlükəsizliyə görə qardaşımın əlindən bərk sıxıb bizdən 10 metr aralıdakı yeraltı tunelə girmək üçün qaçmaq istədim. Orada yeraltı tunelin olmasını əsgərlər bilmirdilər və bizdən xeyli aralıda idilər.

Qardaşımdan bərk tutub qaçmağa başladıq. Bu an onun kürəyindəki məktəbli çantası belindən açılıb küçənin ortasına düşdü. Qardaşım Cavad əllərimi buraxıb çantaya doğru qaçdı.  Geriyə dönəndə güllə səsi eşitdim, qardaşımın cansız bədəni yerə düşdü. Küçənin ortasında bir tərəfdə qardaşım Cavad, digər tərəfdə onun çantası idi. Gözü yaşlı tuneldən hər şeyi seyr edirdim. Güllə və qışqırıq səsləri getdikcə hər yerə yayılırdı. Sanki qiyamət qopmuşdu. Ürəyim dözmədi. Evdə kiçik bacım Əsma və gözləri görməyən anam köməksiz idi. Bir təhər ara küçələrlə evə tərəf qaçmağa başladım. Arxamca "dayan, qaçma" qışqıran əsgərin bağırtısını eşidirdim. Ancaq evə doğru tələsirdim. Sonuncu döngəni də dönüb evə çata bildiyim üçün bir anlıq sevindim. Amma qarşımda alov səddi gördüm. Bu bizim alovlanan evimiz idi. Bədənimi dəhşət bürüdü: "ANA, Əsma. Hardasız? Allahım, yardım et." Evə girmək istəsəm də, alov məni geri qaytarırdı. Sağa baxanda Əsmanı gördüm. Ona tərəf qaçıb bacımı qucaqladım. Anamı soruşdum. Əsmanın dodaqları tərpəndikcə mənim bədənimi qəzəb bürüyürdü: "Əsgərlər evə girib məni və anamı döydü. Gördülər ki, ana görmür, mənim qolumdan dartıb anamdan ayırdılar və küçəyə atdılar. Evin qapısını bərk bağlayıb od vurdular. Anamız qışqırırdı, Səid. Mən necə ananı tək qoya bildim." Əsma danışır, mən isə titrəyirdim. Əsma son mənə qalan kəs idi. Canım bahasına belə onu buraxmayacağıma söz verdim. Göyün üzü o qədər işıqlı idi ki,  sanki günəşin şüaları bombaların işıqları arasında itib batmışdı. Yol kənarında cansız cismlər bizi qorxudurdu. Yeganə çıxış yolu   Cavadı apara bilmədiyim tunel idi. Dar küçələrlə Əsma ilə qaçıb tunelə üz tutduq. Tunelə çatar-çatmaz Əsma Cavadın cansız bədənini gördü. "Cavadım, əzizim" deyib qışqırırdı. Bacımı tunelə çatdırdım. Tuneldə çox tanışlarımız var idi. Hamı ağlayırdı. Amma atam yox idi. Bilmirəm nədənsə, küçəyə çıxmaq istədim. Düşündüm ki, bəlkə atamı iş yerində görə bilərəm. Bacımı tuneldə olan insanlara tapşırıb çıxdım. Tuneldən qaçıb maşın arxasında gizləndim. Tanklar yenə gəlirdi. Bu dəfə tanklar tunellə üzbəüzdə dayandı və ...

Bir neçə tank atəşindən sonra anladım ki, tuneldə olan Əsma və kəndlilərimiz şəhid oldu. Tunel darmadağın oldu. Mən artıq nə edəcəyimi bilmədim. Əyilib yerdən daş götürdüm və tanka doğru qaçdım. Əlimdəki daşı tanka tərəf atdım. İkinci daşı atanda gördüm ki, atdığım daşın arxasıyca 30-50 daş da atıldı. Dönüb arxama baxanda yüzlərlə mənim kimi fələstinlinin daş atdığını gördüm. Daşlardan başqa bizim heç nəyimiz yox idi. Nə evimiz, nə də yaxınlarımız. Tanklara uzanan əllər və daşlar qorxaq düşməni geriyə addımlatdı. O gündən etibarən mən və mənim kimi fələstinli uşaqlar söz verdik ki, bu müqəddəs torpaqları -Qüdsü onlardan canımız bahasına olsa belə, silahsız və daşlarla qoruyaq. Və beləliklə, Səidin mübarizəsindən sonra böyük mübarizə ruhu yarandı. Və mübarizə dünyada nümunə və dillər əzbəri oldu. İndi dünyanın hər yerində bir günlük Əli və dostlarının əzmkar mübarizəsini və məzlumiyyətini qeyd edirlər. Bu böyük gün Beynəlxalq Qüds günüdür. Səid və onun kimi yüz minlərlə azyaşlıların arxasında dayanan Qüds günü.

"P.  Zeynal,  "İslamazeri" üçün"


Göz yaşları içində yaşayan mübarizə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ